English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Liviya Ərdoğanın bəyanatından narazıdır

AZOH: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Müəmmar Qəzzafi iqtidarı Liviya xalqına təhvil verməlidir.

“Qəzzafi tövsiyələrimizi nəzərə almaq əvəzinə qan, göz yaşı və təzyiqi göstərmək yolunu seçdi.” – Ərdoğan belə deyib. Ərdoğanın bəyanatı Liviya rəhbərliyi tərəfindən etirazla qarşılanıb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Liviya Türkiyə üçün heç vaxt adi bir dövlət, Liviya xalqı isə heç vaxt başqa xalqlardan biri kimi qəbul edilməyib.

Baş nazirin sözlərinə görə, Türkiyənin Liviyadakı hadisələrə biganə qalması haqqında söhbət gedə bilməz.

O, deyib ki, Türkiyə "Liviyada bəzilərinin etdiyi kimi neft quyularını yox, insanları görənlərdən" olub.

Ərdoğan qeyd edib ki, Türkiyənin Liviya ilə bağlı mövqeyi tərəfkeşlik etmək, tərəflərdən birini dəstəkləməkdən ibarət deyil.

Baş nazirin fikrincə, Liviyada Türkiyənin bu ölkə ilə bağlı mövqeyi xüsusi ilə müxalifət dairələrində səhv şərh edilib, bu mövqe bilərəkdən bəzi xarici ölkələr tərəfindən təhrif edilərək çatdırılıb və Türkiyə əleyhinə kampaniya başlayıb.

Ərdoğanın sözlərinə görə, Türkiyə müxaliflərə hər cür humanitar yardım çatdırıb, kontakt kanallarını açıq saxlayıb, eyni zamanda Liviya rəhbərliyini də qan tökməməyə, xalqın səsinə, arzularına qulaq asmağa çağırıb.

Bu arada, Ərdoğanın Qəzzafinin iqtidardan getməsinə dair çağırışı Liviya rəhbərliyində etirazla qarşılanıb. Çağırışa münasibət bildirən Liviyanın xarici işlər nazirinin müavini Xalid Kaim bəyan edib ki, bu məsələ ilə bağlı qərar qəbul etmək Türkiyənin işi deyil.

Onu sözlərinə görə, bu məsələnin həlli Liviya xalqının vəzifəsidir.

Ərdoğanın bəyanatından əvvəl Türkiyənin Liviyadakı səfirliyi müvəqqəti olaraq Tunisə köçürülüb.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter