English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda kinofestival rəzaləti

AZOH: Erməni kinorejissoru baş mükafata layiq görən münsiflər heyətində Azərbaycan nümayəndəsi də təmsil olunub

Festivalda iştirak edən və ikinci yeri qazanan şəxslər isə mətbuata açıqlamalarında bu məqamı gizlətməyə çalışıblar

Dünən "Azərbaycanlı kinorejissorların İrandan mükafatla qayıtması barədə" ölkənin müxtəlif internet portallarında yayımlanmış bir məlumat diqqətimizi cəlb etdi və İranın Kiş adasında keçirilən kinofestivalla bağlı kiçicik bir araşdırma apardıq.

Öncə qeyd edək ki, Kiş adasında keçirilən festivalda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin hər il gənc rejissorlar üçün keçirdiyi "Bu meydan - bu ekran" layihəsi çərçivəsində qalib olan "Mənim atam" qısametrajlı bədii filmi təmsil edib. Film Elçin Musaoğlunun ssenarisi əsasında "Sinema Evi" prodüser şirkətində çəkilib. "Ritm Production" kino şirkətinin direktoru Xaqani Həşimovun verdiyi məlumata görə, festivalda film münsiflər heyətinin ikinci mükafatına layiq görülüb: "Festivalda İran filmləri ilə yanaşı dünya kinematoqrafçılarının (Mərkəzi Asiya, Çin, Hindistan, Yaponiya, Misir, Türkiyə və s.) filmləri də nümayiş olunub.

Elçin Musaoğlu həm də festivalda Beynəlxalq Münsiflər Heyətinin üzvü kimi iştirak edib".

Xaqani Həşimovun mətbuata verdiyi açıqlamadan göründüyü kimi Beynəlxalq Kiş Festivalında Mərkəzi Asiya, Çin, Hindistan, Yaponiya, Misir, Türkiyə və s. ölkələrin kinomatoqrafçıları iştirak ediblər. Amma bu siyahıda nədənsə festivalın birinci mükafatını qazanan Ermənistan təmsilçilərinin adı çəkilmir.

İranın xəbər agentliklərinin yaydığı məlumatda isə bildirilir ki, İranın Kiş adasında keçirilən birinci beynəlxalq kino festivalında Ermənistan təmsilçisi Arutyun Xaçaturyanın "Şairin qayıdışı" adlı qısametrajlı filmi "Ən yaxşı film" nominasiyası üzrə Qran-priyə, yəni, baş mükafata layiq görülüb. Erməni rejissorun filmini yüksək qiymətləndirən münsiflər heyətinin tərkibində Azərbaycan təmsilçisi də olub...

Doğrusu, göz önündə olan bu mənzərəyə xüsusi şərh vermək istəmirik. Onsuz da bu yazıdan sonra bəzi sənət adamlarımız ənənəvi qaydada "sənətin milləti olmur", "sənət adamları siyasətlə məşğul olmurlar" (öz işlərinə yarayanda elə məşğul olurlar ki... - red.) - deyə haray çəkəcəklər.

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter