English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

DERADA 40 YAŞIN ALTINDAKI BÜTÜN KİŞİLƏR HƏBS EDİLİB

AZOH: Suriya iqtidarı etiraz aksiyalarının qarşısını almaq istiqamətindəki təşəbbüsləri  davam etdirir.

Bəşər Əsad rejimi sabahkı cümə namazından öncə ölkə ərazisində islahat tələb edənlərin müqavimətini həbslərlə qırmağa çalışır.

İddialara görə, Suriya polisi üsyanın mərkəzi Dera şəhərində bütün evlərə basqın edərək 40 yaşın altındakı bütün kişiləri həbs edib.

Daha sonra isə Suriya dövlət televiziyası əməliyyatın başa çatdığını və əsgərlərin mərhələli şəkildə şəhərdən çəkildiyini bildirib.

10 günə yaxındır mühasirədə olan şəhərdə komendant saatının tətbiq edildiyi, qadağalara əməl etməyənlərin vurulduğu bildirilirdi.

Suriyanın paytaxtı Dəməşqdə də vəziyyət gərgin olaraq qalır. Paytaxt yaxınlığındakı Sakbada bu sabah 300-dən çox insan həbs edilib.

Ancaq bütün bunlara baxmayaraq, müxalifət etirazları davam etdirməkdə qərarlıdır.

BMT-nin baş katibi Ban Ki Mun Bəşər Əsadı arayaraq onu güc tətbiqinə qon qoymağa çağırıb. Bu gün Romada keçirilən Liviya Koordinasiya Qrupunun toplantısında isə Suriyaya sanksiyaların tətbiqi məsələsi müzakirə ediləcək.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter