Bahar- D Lətif
Bahar gəlib nəğmə gəlib gül gəlib
Bağça ve bağ görnə gözəl güllənib
Nəfəsi doldu nəgör bağlara
Nəğmə səsin yaydi bütün dağlara
Ətri- səba nəşə verir canlara
Zövği- səfa dır necə insanlara
Çeşmə axır gözyaşi tək göllərə
Şuri- Nəva doldu əcəb çöllərə
Alça gülü pöhrə salıb gülşənə
Lalə bənövşə yayılıb kövşənə
Xoş gilavar işvə saçır tellərə
Döndü axar çay necə gör sellərə
Nəğmə gülür tar gülür saz gülür
Sevgi gülür həmdə gözəl yaz gülür
Baği- bahar xoş bəzəyib çölləri
Məst eləyir sanki səba gülləri
Xoş günəşin şövqi yayılmış cana
Töhfəsi can dır necə gör insana
Qonub aynalı göldə üzür
Bulaq bal kimi sərin süzür
Günəş gəlib işvə gəlib gül gəlib
Gelib nəğməli bülbül gəlib
Əriyir coşğun olub dağ dərə
Şövqi- bahar doldu nə gör hər yerə
Getdi xəzan həmdə qaranlıq külək
Gələrək buldu sevgisin ürək
Səhəndim nə gözəl bahari
Lalə yanaq dır Savalan diyari
Gəldi bahar nəğmə gülüş xoş gülüş
Gəl gözəlim səndə baharla görüş
Ellərə xoş arzu olan sevgili
Sübhi- Zəfər səndə sevindir eli
Aç qanad azadlıqa bu göylərə
Qoy səsi dolsun daha bu köylərə
Təntənə dir baği- bahar ölkələr
Şanlı çiçəklə bəzənib bölgələr
Müjde gətir sübhi- zəfər ellərə
Həsrəti bayramda düşüb dillərə
Sal səhər mahnısın yenə
Olmuş genə gözlər sənə
Dir yaz yeli xoş nəğməli
Nəşəti – can dır ürəyə sevməli
Sərdi təbiət yenə gül süfrəsin
Ayna bulaq həmdə çəmən səbzəsin
Hər təzə il sevinc olar ürəklər
Qunça vurar ürəklərdə diləklər
Hissi doldu genə sazlara
Şeiri- qəzəl tək yenə avazlara
Görnə gözəl dir yeni il bayrami
Xoşdur baharın bu gözəl anlami
05.04.2013