English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Bahar- D Lətif

Bahar gəlib nəğmə gəlib  gül  gəlib

Bağça ve bağ görnə gözəl  güllənib

Nəfəsi   doldu  nəgör  bağlara

Nəğmə  səsin yaydi  bütün  dağlara

Ətri-  səba    nəşə    verir   canlara

Zövği-  səfa   dır   necə    insanlara

Çeşmə  axır   gözyaşi   tək   göllərə

Şuri-  Nəva   doldu   əcəb    çöllərə

Alça   gülü   pöhrə   salıb   gülşənə

Lalə    bənövşə    yayılıb    kövşənə

Xoş   gilavar    işvə    saçır    tellərə

Döndü  axar çay  necə  gör  sellərə

Nəğmə  gülür  tar  gülür  saz  gülür

Sevgi gülür həmdə gözəl yaz  gülür

Baği-   bahar  xoş   bəzəyib   çölləri

Məst   eləyir   sanki    səba   gülləri

Xoş  günəşin  şövqi   yayılmış  cana

Töhfəsi  can   dır  necə  gör  insana

Qonub   aynalı   göldə   üzür

Bulaq  bal  kimi  sərin   süzür

Günəş   gəlib  işvə  gəlib  gül  gəlib

Gelib  nəğməli   bülbül  gəlib

Əriyir  coşğun  olub  dağ  dərə

Şövqi-  bahar doldu nə gör hər yerə

Getdi xəzan həmdə  qaranlıq  külək

Gələrək  buldu   sevgisin  ürək

Səhəndim  nə  gözəl   bahari

Lalə   yanaq   dır   Savalan    diyari

Gəldi bahar nəğmə gülüş xoş  gülüş

Gəl  gözəlim  səndə  baharla  görüş

Ellərə    xoş    arzu    olan     sevgili

Sübhi-  Zəfər   səndə    sevindir  eli

Aç   qanad     azadlıqa  bu   göylərə

Qoy səsi  dolsun  daha  bu  köylərə

Təntənə   dir   baği-  bahar  ölkələr

Şanlı    çiçəklə    bəzənib    bölgələr

Müjde    gətir   sübhi-  zəfər   ellərə

Həsrəti   bayramda   düşüb   dillərə

Sal  səhər  mahnısın   yenə

Olmuş  genə   gözlər   sənə

Dir  yaz   yeli  xoş   nəğməli

Nəşəti – can    dır   ürəyə    sevməli

Sərdi   təbiət    yenə   gül   süfrəsin

Ayna bulaq həmdə çəmən səbzəsin

Hər  təzə   il   sevinc   olar   ürəklər

Qunça   vurar    ürəklərdə   diləklər

Hissi  doldu   genə   sazlara

Şeiri-   qəzəl   tək    yenə  avazlara

Görnə  gözəl  dir  yeni  il   bayrami

Xoşdur  baharın  bu  gözəl   anlami

05.04.2013

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter