English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Güney azərbaycanlı ictimai-fəal məhbusun aclıq aksiyası

AZOH: Güney azərbaycanlı ictimai- fəal aprelin 8-dən etibarən Marağa şəhər həbsxanasında aclıq aksiyasına başlayıb.

BAO.AZ-ın məlumatına görə, Mehdi Kuxian bu barədə ailəsi ilə telefon danışığı zamanı xəbər verib. Azərbaycanlı fəal aclıq aksiyasına səbəb kimi onunla birlikdə həbsdə saxlanılan dostu Oxtay (Abbas) Vəlizadənin 8 illik həbs qərarını, həbsxana məmurlarının tibbi və təcili yardım göstərməmələrini və məhkəmənin onları müvəqqəti azadlığa buraxılması üçün indiyədək qərar verməməsini göstərib.

Qeyd edək ki, Marağa İnqilab Məhkəməsi Mehdi Kuxiyana 1 il, Abbas Vəlizadəyə isə 8 il həbs cəzası verib. Azərbaycanlı fəallar hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, islam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıblar. Mehdi Kuxiyan və Abbas Vəlizadə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter