English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Qaradağda zəlzələnin dağıtdığı evlər hələ də bərpa edilməyib

AZOH: Az qala bir ildir Güney Azərbaycanın Qaradağ mahalında zəlzələ baş verib. Yerli sakinlər və informasiya vasitələri bildirib ki, Tehran hakimiyyətinin nə ali rəhbərliyi, nə hökuməti, nə də parlamenti bu təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün əsaslı işlər görmür.

Zəlzələdən zərərçəkənlər soyuq qışı çadırlarda başa vurub. Onların yaşadığı ağır şəraitlə bağlı çıxış edənlər isə hakimiyyət tərəfindən çeşidli təzyiqlərə məruz qalmaqdadır.

Güney Azərbaycanın Əhər və Vərzigan bölgəsində  zəlzələdən dağılan evlərin 90 faizinin bərpasına hələ də başlanılmayıb.

BAO.AZ-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə,  Urmiyanın İran parlamentindəki  millət vəkili Nadir Qazipur deyib.

O, çox kəskin çıxış edib: «Bu ölkədə bir sıra boynu yoğunlar milyardlarla kredit alır, ancaq zəlzələdə bütün var-dövlətini itirən əkinçi və işçilər diqqətdən kənarda qalır».

Qazipur parlamentdə zəlzələ bölgələrində xəsarət alan müəssisələr və xidmət yerlərinə veriləcək məbləğin kəsilməsinə qarşı da çıxış edib: «Belə pulları öz ev-işini itirmiş şəxslərə əvəzsiz yardım kimi verməli idik. Ancaq bəzi şəxslər kreditin ödənilmə möhlətinə qarşı da çıxış edir».

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter