English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran hökuməti Urmiya gölü üçün bir rial da xərcləməyib

AZOH: «2012-ci ildə Urmiya gölünü xilas etmək üçün İrandakı mövcud hökumət bir rial belə pul xərcləməyib». Bunu Ərdəbil şəhərini İran parlamentində təmsil edən Kəmaləddin Pirmüəzzin bildirib. Onun sözlərinə görə, keçən il ölkədə ekologiyanı qorumaq üçün müəyyənləşən büdcə əlaqədar orqanlara çatdırılmayıb: «Məsələn, hökumət verdiyi vədlərə baxmayaraq Urmiya gölü üçün icra orqanlarına tək rial belə ödəməyib». Parlamentin Ekologiya Komitəsinin üzvü olan azərbaycanlı deputat deyib ki, 2011-ci ilin sentyabrında Urmiya və Təbriz kimi şəhərlərdə Urmiya gölüylə bağlı kütləvi etirazların baş verdiyi zaman İrandakı mövcud hökumət ekoloji fəlakətin qarşısının alınması üçün 900 milyon dollar vəsait ayrıldığını bildirmişdi. Qeyd edək ki, Kəmaləddin Pirmüəzzinin açıqlaması dövlətin kütləvi etirazlar zamanı verdiyi vədlərin heç bir zaman gerçək olmadığını, sadəcə aksiyaları yatırmaq istədiklərini sübut edir.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter