English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əli Əkbər Vilayəti «Azərbaycan» adlı kitab yazıb

AZOH: İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayətinin «Azərbaycan» adlı kitabı çapdan çıxıb. Əli Əkbər Vilayəti 1981-97-ci illərdə İranın xarici işlər naziri olub. Onun «Azərbaycan» kitabı 176 səhifə həcmindədir, 2 min nüsxədə çap edilib. Kitab səkkiz bölmədən ibarətdir: «Azərbaycanın adı», «Eramızdan əvvəlki dövrlərdə Azərbaycan», «İslamdan əvvəlki tarixi dövrdə Azərbaycan», «Azərbaycan şəhərləri və bölgələrinin tarixi», «Azəri dili», «Azərilərin dini», «Qədim dövrdə Azərbaycan iqtisadiyyatı», «Azərbaycanın qədim və tarixi abidələri». Əli Əkbər Vilayəti kitaba yazdığı ön sözdə bildirir ki, bu əsəri yazmaqda məqsədi «İranın müxtəlif bölgələrinin coğrafi, tarixi və mədəni xüsusiyyətləri haqda mükəmməl və dəqiq əsərlər hazırlayıb ortaya qoymaq»dır. Müəllif yazır: «Bu mənada İran vaxtilə onun bir hissəsi olmuş bütün əraziləri əhatə edir, hətta o ərazilər bu gün İranın siyasi coğrafiyasında yer tutmasa da, bu ölkənin enişli-yoxuşlu tarixində ondan qopub ayrılmış olsa da». Ön sözdə bildirilir ki, Azərbaycan tarix boyu müxtəlif tayfaların, etnik qrupların məskən saldığı, az sonra yerini başqalarına verdiyi diyarlardan biridir: «Hurrilər, lullubilər, Manna, quttilər, assurilər, Urartu və s. tayfalarını buna misal göstərmək olar. Bu tayfaların hər birinin bu böyük diyarın sivilizasiyasının formalaşmasında rolu olub».

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter