English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Milli fəallar azadlıqdan məhrum edilib

AZOH: Güney Azərbaycan Milli Hərəkatının iki fəalı azadlıqdan məhrum edilib. Belə ki, Marağa İnqilab Məhkəməsi Mehdi Kuxiyana 1 il, Abbas (Oxtay) Vəlizadəyə isə 8 il həbs cəzası verib. Azərbaycanlı fəallar hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, islam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıblar. Milli fəalları vəkil Fatimə Səttari müdafiə edib. Hakim Məlikanda iki xiyabanın «Ata» və «Ana» adlandırılmasına qarşı olduğuna görə imamcüməni təhqir etmək, Azərbaycanın zəlzələ bölgəsi ilə ba?lı yazı dərc etmək, «Facebook» səhifəsində ayətullah Xamneyi və İran prezidenti Mahmud Əhmədinejadın karikaturalarını yaymaq, həbsdə olan milli fəallardan birinin şəklini internetdə yaymaq və ona azadlıq tələb etmək, Məhərrəm ayı mərasimlərini və mərsiyyəçini təhqir etmək və s. kimi arqumentlər gətirib. Ümumiyyətlə, İranda məhkəmələr formaldır və qərarlar «Ettelaat»la «Sepah» tərəfindən hakimlərə diktə olunur. Məhkəmə yetkililəri bu iki dövlət orqanının əmrini yerinə yetirmək məcburiyyətindədilər.

 Qeyd edək ki, Mehdi Kuxiyan və Abbas Vəlizadə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») əməkdaşları tərəfindən həbs ediliblər.

 Bu arada Marağa zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan ayaqları qandallanaraq xəstəxanaya aparılıb. Böyrəyində kəskin ağrıları olan soydaşımızın israrıylə aprelin 4-də onun həkim müyinəsindən keçməsinə iczə verilib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter