English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

YUNANISTAN AVRO MƏKANINDAN ÇIXIR

AZOH: Yunanıstanın avro məkanından çıxması və milli pul vahidi olan drahmiyə geri dönməsi təklif edilib.

Almaniyada dərc olunan "Der Spiegel" dərgisinin xəbərinə görə, dünən Lüksemburqda Almaniya, Yunanıstan, İspaniya, Fransa və İtaliya maliyyə nazirlərinin gizli toplantısı keçirilib. Toplantıda Yunanıstanın maliyyə naziri Yorqo Papakonstantinu 17 üzvü olan avro məkanından çıxma məsələsini gündəliyə gətirib.

Avropa Birliyi rəsmiləri isə bu xəbəri təkzib edərək toplantıda yalnız Portuqaliya, Yunanıstan və İrlandiyanın maliyyə problemlərinin müzakirə olunduğunu bildiriblər.

Avro məkanına rəhbərlik edən Lüksemburqun baş naziri Jan Klod Yunker Yunanıstanın avro məkanından ayrılması fikrinin çox axmaq fikir olduğunu deyib və avro məkanının pozulması üçün heç bir səbəb olmadığını deyib.

Yunanıstanın toplantıda Avropa Birliyinə olan 110 milyard avro borcunun yenidən şəkilləndirilməsini, geri ödəmənin daha uzun müddətə yayılmasını istədiyi, büdcə kəsinin azaldılması üçün irəli sürülən şərtlərin yumşaldılmasını tələb etdiyi bildirilir.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter