English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Bakı Sarkisyanın Qarabağ səfərinə etirazını bildirir

AZOH: Azərbaycan prezident administrasiyası Ermənistan lideri Serj Sarkisyanın Qarabağa səfər edərək orada tikilən hava limanına baş çəkməsini tənqid edib.

Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri bildirib ki, bu beynəlxalq normala ziddir.

“Biz əvvəl Azərbaycanın zəbt olunmuş ərazilərinə aviareyslərlə bağlı fikrimizi bildirmişik. Bu proseslərin hamısı qəbul olunmuş beynəlxalq hüquqi normalar və müvafiq qanunvericiliklə tənzimlənməlidir. Ermənistan tərəfi bu qanuna zidd addımlar atır ”, - deyib yerli agentliklərə Novruz Məmmədov.

Ermənistan prezidenti Serj Sarkisyan daha əvvəl Qarabağdan uçacaq ilk sərnişin olacağını demişdir.

Açılış təxirə salınır

Ötən gün Ermənistan informasiya agentlikləri yeni hava limanının işində yubanmanın yarandığı barədə məlumat yayıblar.

Tanınmamış respublikanın Mülki Aviasiya İdarəsinin rəisi Dmitri Atbaşyan ləngimənin səbəblərini izah edərək dəqiq müddətinin qoyulmadığını deyib:

“Stepanakert hava limanının açılış müddəti olmayıb. Bizim, necə deyərlər, aralıq, finiş tarixlərimiz müəyyən edilmişdi”.

Aeroport mayın 9-da açılmalı idi. Lakin Dmitri Atbaşyanın sözlərinə görə, hal hazırda binanın daxilində sərnişinlərin xidməti, baqaj bölməsinin və başqa sistemlərin təchiz olunması işləri aparılır.

Bundan başqa, uçuş zolaqları hələ asfaltlanmayıb. Buna hava şəraiti imkan verməyib, deyib rəsmi.

Eyni zamanda Atbaşyan hava limanının artıq yayın əvvəlində ilk sərnişinləri qəbul etməyə hazır olacağını bildirib.

Qarabağda yeni hava limanının saatda 100 sərnişinə xidmət edəcəyi, uçuşların CRJ-200 tipli 50 yerli üç təyyarələrlə həyata keçiriləcəyi bildirilir.

Qarabağda hava limanının tikilməsi məlumatı Bakıda tənqidlə qarşılanır.

Beynəlxalq reaksiya

Hava limanının planlaşdırılan açılışı ilə bağlı Minsk Qrupunun həmsədrləri beynəlxalq konvensiyalara riayət etməyə çağırıblar.

ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda “həmsədrlərin hava limanının açılmasının Dağlıq Qarabağda gərginliyin artmasına gətirəcəyindən narahat olduğu” bildirilir. Həmsədrlər xəbərdar ediblər ki, hava limanının işə buraxılması Dağlıq Qarabağın statusunun dəyişdirilməsi məqsədilə istifadə olunmamalıdır.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter