English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Hicab aksiyası qana bələndi- VİDEO

AZOH: Orta məktəblərdə hicaba qoyulan qadağaya etiraz olaraq dindarlar ötən gün Təhsil Nazirliyinin qarşısında aksiya keçirdilər. Saat 11-də keçirilən aksiyada inanclı şəxslər hicaba qoyulan qanunsuz qadağanın ləğv olunmasını tələb edirdilər. 1000-ə yaxın dindar Təhsil Nazirliyinin binasına iki istiqamətdən yürüş etdilər. “Hicaba Azadlıq!”, “Allahu Əkbər!”, “Misir, istefa!”, “Biz zülm etmərik, zülmə boyun əymərik!”, “Hicabı vahid məktəbli formasından ayırmayın!” deyə şüarlar səsləndirən dindarlar, sonda Təhsil Nazirliyinin qarşısına gəlməyə nail oldular.

“Qurani-Kərim”ə əl uzadanlar...

Hələ aksiya başlamamışdan - səhər saatlarından nazirliyin ətrafında polis qüvvəsi gücləndirilmişdi. Şüarlar səsləndirilməmişdən əvvəl polis artıq bir neçə dindarı maşınlara mindirib ərazidən uzaqlaşdırmağı bacarmışdı. Aksiya başlanandan sonra isə bir qrup dindar nazirliyin binası qarşısında, digər qrup isə arxa küçədə şüarlar səsləndirirdilər. Çaş-baş qalan polislər əvvəl nümayişçilərə mane ola bilmirdi. Aksiya iştirakçıları nazirliyin binasının önünə qədər irəliləyib orada toplaşdılar.

Onu da qeyd edək ki, əraziyə əvvəl az sayda polis cəlb edilmişdi. Mitinqi dağıtmaq, göndərilən polislərin imkanları xaricində olduğu üçün əraziyə əlavə sayda polis və mülki geyimli cəlb olundu. Bundan sonra polisin qəddarlığı başladı. Hüquq-mühafizə orqanlarının əməkdaşları qoca-qadına baxmadan etirazçıları amansızcasına döyməyə başladılar. Həmişəki kimi, bu aksiyanı da dağıdanlar arasında mülki geyimlilər öz məharətlərini nümayiş etdirmək üçün bir-birilə sanki bəhsə girmişdilər. Işinin öhdəsindən gələ bilməyən polisə kömək edən mülki geyimlilər bəzən onlardan “dubinka”nı alıb özləri vətəndaşlara xəsarət yetirirdilər.

Bir neçə qadın əllərində Islamın müqəddəs kitabı olan “Qurani-Kərim”lə aksiyaya qatılsalar da, onlara da sözlərini deməyə, etiraz etməyə aman vermədilər.

Hadisə yerinə Təcili Tibbi Yardım çağırıldı

Aksiyada onlarla hicablı qadın da iştirak edirdi. Polis onlardan birinin oğlunu saxladığına görə qadının halı pisləşdi. Bu səbəbdən hadisə yerinə Təcili Tibbi Yardım çağırıldı. Bundan başqa, aksiyada başı yarılan, möhkəm zərbələr alan bir neçə şəxsə yerindəcə ilkin yardım göstərildi.

Jurnalistlərə də təzyiq edildi

Polislərin get-gedə daha da qəddarlaşdığını görən aksiya iştirakçıları “Misir - kafir!” şüarını səsləndirməyə başladılar. Hüquq-mühafizə orqanlarının əməkdaşları nə qədər çalışsalar da, aksiyanı yatıra bilmirdilər. Buna görə də hadisə yerinə yenidən - üçüncü dəfə əlavə qüvvə gətirildi. Bir neçə dəqiqənin içərisində nazirliyin qarşısında təxminən 50-yə yaxın polis maşını peyda oldu.

Hadisəni işıqlandıran jurnalistlərə də təzyiqlər edildi. Belə ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Zülfiyyə Sakitqızının fotoaparatını əlindən aldılar və çəkilişə mane oldular. Bundan əlavə “Fakt-Xəbər” internet qəzetinin iki əməkdaşına də xəsarət yetirildi və kameraları istifadəyə yararsız hala düşdü.

Polis-cəza dəstələri nümayişçilərin üzərinə gedəndə aksiya iştirakçıları ucadan “Allahu Əkbər!” deyirdilər. Daha da qeyzlənən polislər onları lap möhkəm vurmağa başlayırdı. Ürəyi gedənlərə, aldığı zərbədən hərəkət edə bilməyib yerə yıxılanlara “artistlik eləmə” deyərək, maşına mindirirdilər.

Aksiyada 200 nəfərə qədər adam saxlanılıb. Onlar yaxınlıqdakı polis bölmələrinə aparıldılar.

Aksiya iştirakçısı Səbuhi Kərimov “mediaforum”a bildirib ki, həbs edilənlər müxtəlif polis bölmələrindədir. Buna görə də onların dəqiq sayı haqqında nəsə demək mümkün deyil.

Polisin “xəsarət alanlar” barədə ənənəvi versiyası

Hüquq-mühafizə orqanlarından “lent.az”a məlumat verilib ki, dünən Təhsil Nazirliyi qarşısında keçirilən aksiya zamanı etirazçıların polislərə atdıqları daşların bəziləri obyekt sahibləri və müştərilərə məxsus avtomobillərə dəyib. Nəticədə 4 avtomobil sahibi ziyan çəkib. Həmçinin bildirilib ki, aksiya zamanı 1 polis qolundan xəsarət alıb. Bir neçə mülki şəxs də müxtəlif bədən xəsarətlərilə ambulator müalicə üçün qeydiyyata düşüb.

Dünən axşam saatlarında isə məlum oldu ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Iş Bakı şəhər Baş Polis Idarəsinin Istintaq Idarəsinin icraatına verilib.

Qeyd edək ki, bu, hicablı şagirdlərin məktəblərə buraxılmamasına etiraz əlaməti olaraq keçirilən ilk aksiya deyil. Bundan əvvəl də eyni xarakterli etiraz aksiyaları keçirilib. Həmin etirazlardan sonra təhsil naziri Misir Mərdanov jurnalistlərlə söhbətində demişdi ki, Azərbaycan dünyəvi dövlətdir və bu məsələdə gərginlik yaratmağa ehtiyac yoxdur. Nazir bildirib ki, dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır.

http://www.youtube.com/watch?v=-T3vDu51vkM&feature=player_embedded#at=120

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter