English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

TEHRANIN “AZADLIQ” STADIONUNDA “YAŞASIN NAHAR” ŞÜARI

AZOH: Aprelin 18-də İran prezidenti Mahmud Əhmədinejad öz tərəfdarları ilə birlikdə Tehranın “Azadlıq” stadionunda mərasim keçirib.

Novruz bayramı zamanı İranda xüsusi qərargah yaradılmışdı. Məqsəd vətəndaşların bayram istirahəti günlərində müxtəlif bölgələrə səfər etməsini asanlaşdırmaq idi. Rəsmi izahata görə, aprelin 18-də “Azadlıq” stadionundakı mərasim qərargah üzvlərinin çəkdiyi zəhməti qiymətləndirmək üçün keçirilib. Qeyri-rəsmi xəbərlərdə isə deyilir ki, əslində Əhmədinejadın məqsədi bu tədbir vasitəsilə öz qudası, Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin mövqeyini gücləndirmək, iyun ayında ölkədə keçiriləcək prezident seçkisi ərəfəsində ona dəstək nümayiş etdirmək olub. Ancaq İsfəndiyar Rəhim Məşayi “Azadlıq”dakı mərasimdə iştirak etməyib.

BAO.AZ-ın məlumatına görə, tədbirdə çıxışı zamanı prezident Mahmud Əhmədinejad qərargahın işindən məmnun qaldığını vurğulayıb: “Hər bir millət zirvəyə qalxmaq üçün milli iradə, həmrəylik, iman, eşq və məhəbbətə möhtacdır. İran xalqı tarix boyu bu dəyərlərin bayraqdarı olub. İran xalqının yenidən ayağa qalxıb inkişaf zirvələrini bir-biri fəth etdiyini görürük.

Ötən il xalqımız düşmənin müxtəlif təzyiqlərinə, o sıradan da iqtisadi təzyiqə məruz qalıb. Düşmənlər elə təsəvvür edirdilər ki, bu təzyiqlər nəticəsində xalq bir il içində, xüsusilə də Novruz bayramı günlərində ümidsizliyə qapılacaq. Lakin xalq Novruz bayramını tam ümid və sevinclə keçirdi. Yaşasın ədalət, yaşasın eşq və məhəbbət, yaşasın İranın dalğalanan bayrağı!”

“Azadlıq” stadionundakı mərasimdə müxtəlif milli qrupların musiqi və rəqs qrupları çıxış edib. Tədbiri aparan şəxs tribunadan bir neçə dəfə “Yaşasın bahar” şüarını səsləndirdikdə stadionda toplaşanlardan bəzisi “Yaşasın nahar” və “Bəs bizim naharımız necə oldu?” şüarları ilə ona cavab qaytarıblar. Həmin şüarın ardınca toplantı iştirakçıları arasında nahar əvəzinə keks, meyvə şirəsi və sendviç paylanmasına başlansa da, nizam-intizam pozulub və bir çox tədbir iştirakçılarına çatmadığından narazılığa səbəb olub.

Toplantının maraqlı cəhətlərindən biri də stadionda toplaşanların mərasimə qızlı-oğlanlı qarışıq şəkildə qatılması olub.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter