English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

MILLI FƏALLARIN ƏŞYALARI MÜSADIRƏ OLUNUR

AZOH: Güney Azərbaycan Milli Hərəkatının fəallarının bəzi şəxsi əşyaları İran dövlətinin xeyrinə müsadirə ediləcək. Bununla bağlı Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi Rəhim Həmlbərin sədirliyi ilə keçirilmiş məhkəmə prosesində qarar çıxarılıb. Həmin şəxsi əşyalar milli fəallar həbs edilərkən «Ettelaat» əməkdaşlarının onların evlərində axtarış apardığı zaman götürülmüş kompüterlər, printerlər və MP3 pleyerlərdir. Bundan əlavə, məhkəmənin qərarına əsasən, Əfsanə Toqir, Məsud Hüseynzadə, Vəhid Həbibçeşmə, Vəhid Rastqu və Məhəmməd İskəndərzadəyə məxsus bütün yaddaş kartları (flaşkart) və harddisklər məhv edilməlidir.

 Qeyd edək ki, milli fəallar bir müddət əvvəl «Ettelaat»ın təcridxanasında təkadamlıq kameralarda saxlanılaraq ağır işkəncələrə məruz qalıblar. Təbriz İnqilab Məhkəməsinin hakimi olan Rəhim Həmlbər digər 8 iranlı hakimlə birlikdə Avropa Birliyi tərəfindən İranda insan haqlarını pozduqları üçün sanksiyaya məruz qalıb. Onun Avropadakı bütün hesabları dondurulub və quruma üzv ölkələrə səfər etməsinə qadağa qoyulub.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter