English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

MEHDI KUXIYAN AZADLIĞA BURAXILIB

AZOH: Güney Azərbaycan Milli Hərəkatının fəalı Mehdi Kuxiyan azadlığa buraxılıb. Soydaşımız aprelin 15-də Marağa İnqilab Məhkəməsinin qərarıyla ailəsinin qoyduğu 40 milyon tümən zəmanətlə sərbəst buraxılıb.

 Qeyd edək ki, Mehdi Kuxiyan Abbas Vəlizadə ilə birlikdə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») əməkdaşları tərəfindən həbs edilib. Marağa İnqilab Məhkəməsi Mehdi Kuxiyana 1 il, Abbas Vəlizadəyə isə 8 il həbs cəzası verib. Azərbaycanlı fəallar hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, İslam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıblar. Ümumiyyətlə, hakim Məlikanda iki xiyabanın «Ata» və «Ana» adlandırılmasına qarşı olduğuna görə imamcüməni təhqir etmək, Azərbaycanın zəlzələ bölgəsilə bağlı yazı dərc etmək, «Facebook» səhifəsində ayətullah Xamneyi və İran prezidenti Mahmud Əhmədinejadın karikaturalarını yaymaq, həbsdə olan milli fəallardan birinin şəklini internetdə yaymaq və ona azadlıq tələb etmək, Məhərrəm ayı mərasimlərini və mərsiyyəçini təhqir etmək və s. kimi arqumentlər gətirib. Əgər qərar yuxarı instansiya məhkəməsi tərəfindən təsdiqlənərsə, azərbaycanlı fəallar həbs cəzası çəkməli olacaqlar. Soydaşımız aprelin 8-də onunla birlikdə həbsdə saxlanılan dostu Oxtay (Abbas) Vəlizadənin 8 illik həbs qərarına, həbsxana məmurlarının tibbi və təcili yardım göstərməmələrinə və məhkəmənin onları müvəqqəti azadlıta buraxılması üçün qərar verməməsinə etiraz olaraq aclıq aksiyası da keçirib. Aprelin 10-da isə Mehdi Kuxiyan başlatdığı aclıq aksiyasına görə istintaq olunmaq üçün Marağa prokurorluğuna götürülüb. İstintaq zamanı İran təhlükəsizlik qüvvələri soydaşımızdan aclıq aksiyasını dayandırmasını istəyiblər. Daha sonra azərbaycanlı fəal Marağa həbsxanasının karantin bölümünə köçürülüb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter