English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İRAN PREZIDENTI: “MƏNƏ DEYIRLƏR KI, ATANI YANDIRARIQ

AZOH: Aprelin 22-də Xuzistan əyalətinin Həftgel şəhərinə səfər edən İran prezidenti Mahmud Əhmədinejad əhali qarşısında danışaraq hakimiyyətdəki bəzi müxaliflərindən təhdid mesajları aldığını bildirib.

BAO.AZ-ın məlumatına görə, Əhmədinejad deyib ki, hədə-qorxulara baxmayaraq son nəfəsinə qədər xalqın, inqilabın və ədalətin xidmətində olacaq: “Mənə mesaj göndəriblər ki, çox həyasızlıq etsən, atanı yandırarıq. Mən isə onlara deyirəm ki, biz son nəfəsimizə qədər xalqın, inqilabın, ədalətin, vilayətin və imamətin xidmətində olacağıq. Min Əhmədinejad fəda olsun İran xalqının bir tükünə, ədalətin bircə damcısına.

Mənə deyirlər ki, prezidentliyinin axırlarında niyə əyalətlərə səfərə çıxıbsan. Biz də onlara deyirik ki, ya axırı olsun, ya əvvəli, nə fərqi var? Biz xalqa xidmət, ədalətin bərqərar olması, ölkənin abadlaşması istiqamətində çalışırıq. Mesaj göndəriblər ki, səninlə hesablaşacağıq. Mən isə onlara deyirəm ki, hesablaşın. Siz millət qarşısında heç kimsiniz. İran xalqı fövqəldövlətlər qarşısında zərrəcə geri oturmayıb və onların ağzından vurub. Lazım olsa, yenə də bunu edəcək. O ki qaldı sizlərə, siz heç kimsiniz.

Ələvi hakimiyyətlərin üzərinə düşən vəzifələrdən biri ədalətin bərqərar olmasıdır. Ədalət isə odur ki, İranın hər yerində insanlar mövcud imkanlardan və sərvətdən bərabər şəkildə istifadə etməlidir. İranın hər yeri abadlaşmalı, inkişaf etməlidir. Ölkənin bütün sərvəti və imkanları hamıya məxsusdur. İqtisadiyyat və sərvət xalqın əlində olmalıdır. Lakin bəzilərinin ölkədəki bütün sərvət və imkanları yalnız özləri üçün istəməsi, özlərini xalqın ağası və ərbabı təsəvvür etməsi və xalqı özünün qulluqçusu sayması düzgün deyil. Ölkə bütün xalqın ixtiyarında olmalıdır.

Bəziləri elə təsəvvür edirlər ki, səmanın qapısı açılıb və onlar göydən yerə düşüblər və xalqın yerinə yalnız onlar qərar qəbul etməlidirlər və yalnız onların dediyi olmalıdır. Halbuki bu belə deyil. Mənə deyirlər ki, niyə elə sözlər danışırsan ki, xalqın hakimiyyətdən intizarı artsın. Mən isə onlara deyirəm elə məhz ona görə prezident olmuşam ki, xalqın haqqını onun özünə qaytarım, zülm qarşısında susmayım və fəsadın qarşısını alım”.

Əhmədinejad sonda rəqiblərini hədələyib: “İşdəklərinizi açıb töksəm, el içinə çıxa bilməzsiniz”.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter