English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

HƏSƏN ƏRKƏ HƏBSXANADA ŞALLAQ VURMAQ ISTƏYILLƏR

AZOH: Güney Azərbaycan milli fəalı Həsən Ərk hazırda siyatik xəstəliyindən əziyyət çəkir və hazırda 1 il müddətində verilən həbs qərarını Təbriz mərkəzi həbsxanasında keçirməkdədir. Milli-siyasi fəal 1 il həbs cəzasından başqa İran dini lideri Əli Xaməneini təhqir və tənqid etməkdə ittiham olunaraq 50 zərbə şallaq cəzasına məhkum edilmişdi.

Zindanda yerləşən məhkəmənin qərarın icrası üçün görəvləndirilən yetkililər Həsən Ərkin xəstəliyinə baxmayaraq şallaq cəzasının milli fəalın üzərində icra edilməsinə israrlıdılar.

Həsən Ərk 29 milli fəalla birlikdə 25 avqust 2011 tarixində Təbrizin qumtəpə məhəlləsində Urmu Gölünün qurudulmasına etiraz olaraq təşkil olunan bir toplantıda İran dövlətinin təhlükəsizlik əməkdaşları tərəfindən tutulub həbs edilmişdi və həbs zamanı ağır işkəncələrə məruz qalmışdı. Bir neçə müddət sonra Təbriz inqilab məhkəməsinin birinci şöbəsi milli-siyasi fəalları ağır həbs cəzasına məhkum etmişdi. Həsən Ərk məhkəmənin verdiyi qərara istinadən 2 il həbs cəzatına məhkum edilmişdi və bu qərarın 1 ili 5 il müddətində şərti olaraq asqıya  alınmişdı.

http://turkce.hraz.org

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter