English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

AZƏRBAYCAN MILLI FƏALI CAVID NƏZMI HƏBS CƏZASINA MƏHKUM EDILIB

AZOH: İranda tanınmış azərbaycanlı fəal barəsində məhkəmənin hökmü elan edilib. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Cavid Nəzmi Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 4 ay həbs cəzasına məhkum edilib.

Hakim İran İslam Cəza Qanununun 500-ci maddəsini əsas gətirərək, azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaqda, SMS vasitəsilə siyasi məhbusların xəbərlərini yaymaqda, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) iclaslarında iştirak etməkdə və Azərbaycan bayrağının ay-ulduzunu boya ilə sifətinə çəkərək stadionda şüarlar səsləndirməkdə günahlandırıb. Bununla belə, sonda İran İslam Cəza Qanununun 25-ci maddəsini əsas götürən hakim C. Nəzmi barəsində çıxarılmış 4 aylıq həbs cəzası qərarının icrasını 4 il müddətinə təxirə salıb. Lakin azərbaycanlı fəal bu müddət ərzində siyasi fəaliyyətini davam etdirəcəyi və həbs ediləcəyi təqdirdə hökm icra olunacaq.

Qeyd edək ki, C. Nəzmi 2013-cü il yanvarın 22-də həbs edilib. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları azərbaycanlı fəalın evinə basqın edərək orada axtarış aparıb, ona məxsus kitab və başqa şəxsi əşyalar müsadirə edilib, özü isə həbs olunub. C. Nəzmi 23 gün Təbriz həbsxanasında saxlanıldıqdan sonra fevralın 11-də zəmanətlə azadlığa buraxılıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter