English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

GÜNEYLI FƏAL: “İRANIN MƏQSƏDI TƏZYIQ GÖSTƏRMƏKDIR

AZOH: “İranın Azərbaycan vətəndaşlarını həbs etməkdə məqsədi Azərbaycana təzyiq göstərməkdir”. Mühacir güneyli fəal Cavidan Elbars azərbaycanlı alim Xalidə Xalidin və onun sürücüsü Şamxal Hüseynovun İranda həbsinə münasibət bildirərkən belə deyib.

Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-u Təbrizdə tutulublar. İranın rəsmi saytları onların casusluqda ittiham olunduğunu yazır.

“Media forum”a açıqlama verən Cavidan Elbars deyib ki, əvvəllər də İranın Azərbaycandakı adamları həbs olunarkən oraya gedən Azərbaycan vətəndaşlarına qarşı eyni addım atılıb, onları casusluqda ittiham ediblər: “Ötən il iki azərbaycanlı şairin İranda 4 ay həbsdə qaldığını xatırlayaq”.

Mühacir bildirib ki, Xalidə Xalid və Şamxal Hüseynovla birgə həbs olunan təbrizlilər Məhəmməd Rəşidi, Aşıq İsaq Qaraxanlı, Əmir Hadiyan İranda azərbaycanlılara milli-mədəni haqların verilməsini istəyirlər: “Amma bu istiqamətdə xüsusi fəaliyyətləri ilə seçilməyiblər. Onlar incəsənətlə, mədəni fəaliyyətlə məşğul olan adamlardır. İranın onları və onlarla görüşən Azərbaycan vətəndaşlarını casusluqda ittiham etməsi absurddur”

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter