English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ZƏRRIN NICATI: OĞLUM OĞURLUQ ETMƏYIB, FƏHLƏLƏRIN HÜQUQLARINI MÜDAFIƏ EDIB

AZOH: Kərəcin Rəcayi-şəhr zindanında 11 illik həbs cəzası çəkməkdə olan Təbrizli əmək fəalı Şahrux Zamaninin anası oğlunun günahsız yerə həbs edildiyini deyir.  Zərrin Nicati Amerikanın Səsinə müsahibədə məhbus oğlunun vəziyyəti və onun üzləşdiyi ittihamlar haqda danışıb.

Şahrux Zamani 2011-ci il iyunun 7-də Təbrizdə İranın təhlükəsizlik məmurları tərəfindən tutulub və bir aydan artıq Ettelaat həbsxanasının təkadamlıq kamerasında sorğu-sual edildikdən sonra Təbriz zindanına göndərilib.

Amnesty International-ın vicdan məhbusu adlandırdığı azərbaycanlı əmək fəalı Təbrizdən əlavə, hazırda cəza çəkdiyi Kərəcin Rəcayi-şəhr zindanı, habelə Yəzd zindanında da saxlanılıb.

Sadəcə Şahrux deyil ki, ailəsinə də zülm edirlər. İndi bu bahalıqda onun ailəsi neyləsin?!

“Fiziki işgəncə altında olmuş olduğunu eşitməmişəm. Olsaydı da mənə deməzdi,”deyən məhbusun anası bununla belə oğlunun psixoloji təzyiqlərə məruz qaldığını bildirir.  Amma Şahrux Zamani Amnesty International və BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidə yazdığı iki ayrı-ayrı məktubda xüsusilə Təbrizdə saxlanıldığı zaman ağır fiziki və psixoloji işgəncələr altında olduğunu qeyd edib.

Şahrux Zamani Əhməd Şəhidə unvanladığı məktubda həmçinin yazır: “Ən qorxunc həbsxanalardan biri olan Təbriz zindanının gözətçi məmurlarının cəllad və rəhmsiz olduqlarını hər kəs bilir.  Ettelaatın nəzarət altında idarə edilən bu zindanda məhbuslar muxtəlif şəkillərdə fiziki və psixoliji işgəncələrə məruz qalır və ən kiçik haqlarından məhrum olunurlar.”

“Oğlum heç bir iş görməyib. Onu günahsız yerə həbs ediblər. Ondan heç bir şey, bir səhifə kağız belə, tutmayıblar.  O oğurluq etməyib ki, fəhlələrin hüququnu müdafiə edib,” deyə söyləyən Zərrin xanım oğlunun qanunsuzluq və zülmə məruz qaldığına inanır.

“Sadəcə Şahrux deyil ki, ailəsinə də zülm edirlər. İndi bu bahalıqda onun ailəsi neyləsin?!” deyə anası əlavə edir.

Deyirlər rəhbəri təhqir edib. Yalandır, bunları Ettelaat yazıb. Bu ittihamı oğlumun özünə heç bildirməyiblər. Bildirsəydilər, o özünü müdafiə edərdi.

Xanım Nicati Amerikanın Səsi ilə söhbətdə oğluna qarşı irəli sürülən ittihamların doğru olmadığını israrla vurğulayır: “Deyirlər rəhbəri təhqir edib. Yalandır, bunları Ettelaat yazıb. Bu ittihamı oğlumun özünə heç bildirməyiblər. Bildirsəydilər, o, özünü müdafiə edərdi. Bir ittihamı da fəhlə qrupu təşkil etmək olub. Axı hardadır bu qrup? Desinlər biz də tanıyaq. Yoxdur belə şey.”

İnsan haqları qruplarının yaydığı bəyanatlara istinadən, fəhlə qrupu təşkil etmək ittihamı ilə bağlı Şahrux Zamani ilə bərabər həmçinin Məhəməd Cərrahi, Nima Puryaqub, Sasan Vahibi-vəş və Seyyid Böyük Seyidlər də nəzarət altına alınıb və Təbriz İnqilab məhkəməsində Hakim Rəhim Həmlbər tərəfindən mühakimə ediliblər.  Altı il həbs cəzasına məhkum edilən Məhəmməd Cərrahi hazırda Təbriz zindanında həbs müddətini keçirməkdədir.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter