English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ایران فاشیست فوتبول مافیاسی‌نین آذربایجانا قارشی آچیق ساواشی!

İran futbol federasiyonunun başçısının Azərbaycan depotatlarına dediyinə görə: “Böyük Tehran,ın iki göy və qırmızı futbol timi varsa, Təbriz,ə də iki qırmızı və göy futbol timi yetər!”

Belə zehniyyətin kökü ilə işimiz yoxdur. Sözümüz farsçı rejimin Azərbaycan türklərinə qarşı ortada olan dərin nifrətinin daha genişlənməsidir. İran adlanan dövlətin Futbol mafiasının təpədən-dırnağa qərəzli və faşisti hökmü ilə “Təbriz Şəhrdarı/Bələdiyə /” Futbol takımının 1-ci ligin 2-ci qrupundaki şampionluğunu ləğv olunaraq “Super Ligə” yüksəlməsinin qarşısı alındı! Bu hökmü ilə birlikdə həmin taxıma 1,800,000,000 rial cəza kəsildi! Farsçı futbol mafiasının Azərbaycana qarşı açıq-aydın siyasi tutumu bir çox tərəfsiz və vicdanlı hüquq adamlarını etiraza qaldırdı. İki il öncə Təbrizin “Fulad” taxımını, bir il öncə isə “Maşınqayırma” futbol timini hilə və saxtakarlıqla “Super Lig”dən uzaqlaşdıran Federasiyon bu il də Şəhridarı taxımını giyotinə bağladı.

Dogrusu, “bu yolun sonu hara gedir?” Sorğusuna Fars rasizminin kiçik qafasının cəvab verəcək gücü varmı?

Bizim necə? Valısından, bələdiyə başqanına qədər Tehran yağıları sarından alçaltılan soydaşlarımızın gözü-qulağı nə zaman açılacaq? Bir aşağılıq mollanın hökmü ilə Azərbaycan adlı bir məmləkət təhqir olunur! İran adlanan yerin başa-başında yaşayan 35 milyondan artıq Türk milləti alçatılır! Ancaq, su yerindən olmayır! Bu necə yuxudur ki, ayılmaq istəmir!

Sayğılı A. Beygi və A. Nəvin bəyləri!

Biriniz, bölünmüş vətənimizin Batı Azərbaycan Valisi, diyəriniz isə, böyük Təbriz,in bələdiyə başqanısınız. Siz uyqar (mədəni) bir millətin iki yüksək sorumlu məqamısınız! Siz, sizə inanan bir millətin haqqını almadan dinc otura bilməsiniz! Tehran faşistlərinin millətimizə divan tutmasını görə-görə, səssiz qalmağınızın anlamı yalnızca xayinlik və satqınlıqdır!

Cənab A. Nəvin! Sizin başçılıq etdiyiniz bələdiyənin rəsmi etirazında, bələdiyə çatısı altında olan bütün spor alanlarının dayandırması deyilir! Siz, gənclərimizin nəyini əlindən almaq istəyirsiniz? Zatən Tehran faşizminin də istəyi budur! Türk düşmənlərinin çabası, Azərbaycan gəncliyini idmandan uzaqladaraq uyuşdurucu və narkotik dünyasına çəkməkdir. Bu pis niyyətin qarşısını almaq yerinə küsüb əldə olan imkanları da Türk gəncindən almaq çox yalnışdır! Sizin əmriniz altında olan Təbriz bələdiyəsinin bundan sonra daha da geniş və qapsamlı çalışması gərəkir. Tehran faşizminin qorxusu cəsur, güclü, çağdaş Türk gənclərindəndir. Siz, təslimçi deyil, savaşçı bələdiyə başqanı olmalısınız! Fars rasizminin Sizin və millətinizin qarşısında çox qorxaq və gücsüz olmasına inanın! Təki, istəmək iradəsi gərəkir! Məqamınızın yerini millətin ürəyində axtarın! İndiki kürsünüzün ömrü fanidir. Millətinizin ürəyində yer salınız ki, ölümsüz olun!

Əziz Millətimiz!

Tehran rasizminə görə, Şəhridari, Maşın, Tiraxtur, Qostəreş Fulad, Sungün kimi adların arasında fərq yoxdur! Düşmənin stratejisində Siz varsınız! Sizin “Gələcək Bizimdir!” yolunuzu qapatmaq üçün rejimin bütün orqanları səfərbər olmuşdur. Düşmənin cahilcə davranışlarının qarşısını almaq üçün birlik gərəkir. 2006-ci “Haray-haray mən türkəm!” ayaqlanmasının il dönümündəyik. 2006-ci ildə birlik və milli inamlmlzla düşməni siçan dəliyinə təpdiksə, bugün daha böyük işlərə qadirik! Sözsüz ki, amacımız bir futbol topu qədər çılız deyil, bəlkə bir dünya boyda yaşamdır! Yaşamımıza əl uzaldan canilərin əlini kəsmək zamanıdır!

Güney Azərbaycan Qurtuluş Partiyası- Yönətim Qurulu!  

2013-05-14

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter