English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İRAN NÜVƏ MÜZAKİRƏLƏRİNƏ YENİDƏN BAŞLAYIR

AZOH: İran nüvə müzakirələrinə yenidən başlayır.

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Aştonun müzakirə aparan ölkələrə yazdığı məktuba İranın baş müzakirəçisi Səid Cəlili müsbət cavab verib.

İranda ərəbcə yayımlanan "Əl Aləm" televiziyasının xəbərinə görə, Ketrin Aştonun 3 ay öncə göndərdiyi məktuba cavabən İran müzakirələrə yenidən başlamağı qəbul etdiyini bildirib, amma şərt irəli sürüb.

Vyanadakı İran səfiri vasitəsilə AB-yə təqdim edilən məktubda Tehran 5+1 qrupunun müzakirə masasına qayıtmasından məmnun olacağını qeyd edib, ancaq müzakirələrin ədalətli olmasının və tərəflərin bir-birinə təzyiq etməməsinin vacibliyini vurğulayıb.

İranın nüvə fəaliyyətləri ilə bağlı BMT Təhlükəsizlik Şurası, ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə və Almaniyadan ibarət 5+1 ölkələri ilə apardığı müzakirələr uranın zənginləşdirmə fəaliyyətlərini dayandırmağı rədd etməsi səbəbilə dayanmışdı.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter