English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda azərbaycanlı yazıçı Səid Nəimi həbs olundu

AZOH: Iran Azərbaycanın Kərəc şəhərində yaşayan insan haqları fəalı Səyid Nəyimi, İranın təhlükəsizlik məmurları tərəfindən tutularaq  nəzarət altına alındı. Nəyiminin tutulma xəbəri, mühəndis Əlirza Sərrafi tərəfindən təsdiqləndi ki, o Tehranda yaşayır və Nəyimilə yaxın dostdur. Sərrafi bəydən əlavə, müxtəlif sitələr o cümlədən, Yaşıl Hərəkatına bağlı olan Neyedi Səbzi Azadi, Kələmə və AZÖH (Azərbaycan Öynəci Hərəkatı) sitələri bu xəbəri təstiq ediblər.

İranın təhlükəsizlik məmurları, Kərəc şəhərində bazarertəsi (düşənbə) səhər tezdən, saaat 6 radələrində Səyid Nəyiminin evinə basqın ediblər. Xəbərlərdə deyilir ki, məmurlar onu vurub, təhqir edəndən sonra tutub aparıblar. İrandan gələn xəbərlərdə qeyd olur ki, məmurların onu hara götürdükləri, məlum deyil. Əldə olan məlumata əsasən, ona qarşı ittihamlar, tutuqlayan təşkilat və onun həbsi barədə məhkəmə hökmünün olub olmaması barədə heç bir məlumat yoxdur. Həmin mənbələr təsdiq edirlər ki, Səyid Nəyimini tutmaqdan əlavə, təhlükəsizlik məmurları, onun kitablarından bir hissəsin, tamam CD-lərini, əl yazmalarını, şerlərin, çoxlu sənədlərini və kimliklərin aparıblar.

Səyid Nəyimi İranın ən tanınmış Universitət təşkilatı “Ədvari Təhkimi Vəhdətin”in siyasi şurasının üzvüdür. Eyni haldaki İranın müxtəlif mətbu orqanlarında onun  yazıları çap olunur. Cənab Nəimi  "Doğru Yol" vebloqunun sahibidir (http://dogruyol.blogfa.com). Və  5 ildir ki bu bloqda yazır. Onun ən son yazıları pulyuralism ya çoxluxluqla əlaqədardır və Türk dilindədir və digər əsərləri kimi nəzəri yazılardır.

Xatırladaq ki, Əhməd Zeydabadi, Abdullah Mömini, Həsən Əsadi və Əli Cəmali, Təhkimi Vəhdət təşkilatının digər həbsdə olan üzvləridilər.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter