English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İRANDA PREZIDENT SEÇKILƏRI" MÖVZUSUNDA DƏYIRMI MASA KEÇIRILƏCƏK

AZOH: İyunun 6-da Bütov Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə "Güney Azərbaycanda siyasi məhbuslar və İranda prezident seçkiləri" mövzusunda dəyirmi masa keçiriləcək. bu dəyirmi masa Bakı vaxti ilə saat 14.00 da və Avropa vaxti ilə saat 11.00 da www.yurd.web.tv (yurd internet televiziyası) sitəsindən canlı yayım olaraq efirə gedəcək

BAO-dan verilən məlumata görə, son aylar İran adlanan dövlətdə şovinist fars rejimi tərəfindən Güney Azərbaycandakı milli fəallarımıza qarşı həyata keçirilən təqib və həbslərin sayı xeyli artıb:

“Biz, Azərbaycan türkləri olaraq milli haqlarımız uğrunda mübarizə aparan qardaşlarımıza qarşı həyata keçirilən bu amansız repressiyalara biganə qalsaq millətimizi daha acınacaqlı tale gözləyə bilər. Ona görə də hamımız güneyli hərəkatçılarımızın haqq işınə mümkün vasitələrlə dəstək verməliyik. Bu bizim 50 milyonluq bir xalq kimi tarix və gələcək nəsillər qarşısında vicdan borcumuzdur”.

Güneydəki son durumla bağlı müzakirələrdə millət vəkilləri Qüdrət Həsənquliyev, İqbal Ağazadə, Fəzail Ağamalı, Fazil Qəzənfəroğlu, həmçinin Gültəkin Hacıbəyli, ekspertlər Nəsib Nəsibli, Əkrəm Rəhimli, Əliyar Səfərli iştirak edəcək.

yurd.web.tv

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter