English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İRAN RƏSMI BAKIYA NARAZILIQ IFADƏ EDIR

AZOH: İranın Azərbaycanda səfiri Möhsün Pakayin İranın “arannews” xəbər portalına İran vətəndaşı Mikayıl Kazıminin həbsilə bağlı narazılığını ifadə edib. sefir-iran

Səfir Azərbaycan mediasında M.Kazıminin haqqında bəzi ittihamların səsləndirilməsini əsassız sayıb, amma bu ittihamların nədən ibarət olması açıqlamayı. M.Kazıminin Ərdəbil əyalətinin Ticarət Sərgilərini Qoruma əməkdaşı olduğu və 8 ay öncə bu əyalətdən olan bir heyətlə birlikdə Biləsuvar sərhəd keçid məntəqəsində saxlandığını vurğulayıb. Onun saxlanmasına səbəb kimi tapançanın güllə darağını təhvil verməməsi və üstündə Bakıya gətirməsi göstərilir. Səfirin sözlərinə görə, M.Kazımi saxlandıqda bu haqda İran tərəfi Azərbaycan XİN-ə nota verib, Sərhəd Xidməti rəsmilərindən kimsə bu şəxsin azad ediləcəyinə söz verib. Bu vədələrə baxmayaraq, məsələ həllini tapmayıb.

M.Pakayin ancaq son vaxtlarda M.Kazıminin 3, 5 il həbsə məhkum olunduğunu, məhkəmə qərarından apellyasiya şikayəti verildiyini bildirib. Səfir Apellayaisya Məhkəməsilə M.Kazıminin azad ediləcəyini ümidli olduqlarını söyləyib.

Səfir bu il aprelin 30-da İranda həbsə alınan, bu günlərdə sərbəst buraxılaraq vətənə dönən Azərbaycan ədəbiyyatşünası Xalidə Xalidin və sürücüsünün M.Kazıminin həbsinə cavab olaraq İranda həbs olunması haqda informasiyaları əsassız sayıb.

İran səfiri M.Kazıminin həbsi haqda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin Iran səfərində məlumat aldığını deyib. Səfir QMİ sədrinin Bakıda bu problemin aradan qaldırılması üçün səy göstərdiyini, bu səylərin İran vətəndaşının vətənə dönməsilə başa çatacağına inandığını deyib.

Daha sonra səfir  “Gənc Reportyorlar Klubu”na istinad edərək rəsmi Bakının İranın ali dini lideri Ə.Xamneyinin Bakı ofisinin nümayəndəsinin müavini höccətülislam Ərdəbiliyə viza verməməsinə də toxunub. Səfir bu haqda Azərbaycan XİN ilə müzakirələrin davam etdiyini söyləyib.

İran XİN sözçüsü Abbas İraqçi isə Ərdəbilinin viza müddəti başa çatdığı üçün İrana gəldiyini bildirib.

AZERTIMES.COM

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter