English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

YƏMƏNDƏ DAHA BİR QANLI GÜN

AZOH: Yəməndə son günlərdə yenidən başlayan gərginlik artaraq davam edir.

Paytaxt Sənada minlərlə aksiya iştirakçısının üzərinə təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində ən azı 3 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Əli Abdulla Salehin istefasını tələb edən nümayişçilərin dövlət binalarına yürüşünün qarşısı alınıb.

Taiz şəhərində isə dövlət binalarına girişi bağlamağa çalışan nümayişçilərə polis atəş açıb, nəticədə  2 nümayişçi snayper atəşiylə öldürülüb, onlarla insan yaralanıb.

Nümayişlərə bəzi əşirətlərin də qatılmasıyla birlikdə ölkənin neft və qaz istehsal mərkəzi olan Maaribə nəqliyyatın hərəkəti kəsilib, ölkədə yanacaq böhranı başlayıb.

Hökumət yanacaq böhranını həll etmək üçün Səudiyyə Ərəbistanından neft almağa çalışır. Yanacaq problemi səbəbilə ölkənin uzaq bölgələrinə su da verilmir.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter