English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

MÜXALİFLƏR QƏDDAFİ QÜVVƏLƏRİNİ SIXIŞDIRIR

AZOH: Liviyanın Misrata şəhərində Qəddafi qüvvələrinin mühasirəsini yarmağa çalışan müxaliflər yerli hava limanını ələ keçirdiklərini və Qəddafiyə bağlı qüvvələri şəhərin qərbinə doğru sıxışdırdıqlarını iddia ediblər.

Liviya hökuməti isə NATO hücumlarının mülki vətəndaşların ölümünə səbəb olduğunu bəyan edib.

Liviyanın bir çox yerində Qəddafiyə bağlı qüvvələrə qarşı həyata keçirilən NATO hücumları müxalifətin irəliləməsini asanlaşdırır.

İttifaqdan verilən son açıqlamada müxalifətə dəstək məqsədilə martın 31-dən bəri 2400-dən çox hava hücumunun həyata keçirildiyi bildirilib.

Tripolinin mərkəzinə bu sabah saatlarında ən azı 4 hava hücumu edən NATO-nun mülki şəxslərin də yaralanmasına səbəb olduğu qeyd edilib.

Liviya rəsmiləri bu hücumda öldüklərini iddia etdikləri iki nəfərin cəsədini media mənsublarına göstəriblər.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter