English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda dövlət çevrilişinə cəhd

AZOH: İranda dövlət çevrilişinə cəhd olub. Belə ki, aprelin 19-da "Sepah"ın əsas kadr bazası sayılan "bəsici"lərin başçıları və bir qrup ayətullah belə bir aksiyaya cəhd göstərib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin "Rza Xəlil" adlı keçmiş əməliyyatçısı bildirib ki, həmin gün ayətullah Xamneyini devirmək cəhdinin qarşısı alınıb. Zabitlər Tehranda hökumətin 130 qurumunu ələ keçirməyi planlaşdırıbmış. Onlar 2009-cu ilin prezident seçkisinin nəticələrini qəbul etməməklə yanaşı, rəsmi nəticəyə etiraz edənlərə, "yaşıl hərəkat"a qarşı amansız davranışı pisləyiblər. "Rza Xəlil"in fikrincə, "Sepah"ın 37 komandiri hazırda İranın "Gövhərdaş" adlı zindanında saxlanılır. Çevriliş planını ayətullah Xamneyinin ən yaxın ətrafı hazırlayıb. Əməliyyatçının sözlərinə görə, İranın ali dini lideri prezident Əhmədinejadla arasındakı ziddiyyətdən ehtiyatlanır. Məlum olduğu kimi, ötən həftə hökumət başçısının bir qrup tərəfdarı cadugərliyə görə həbs olunub. Xamneyi bu hadisənin əks-sədasının küçələrə daşınacağından və onlara dünyəvi dövlət quruluşu istəyənlərin qoşulmasından çəkinir. Belə bir hal isə mövcud rejimin dayaqlarının daha da zəifləməsiylə nəticələnə bilər. Bu vəziyyətin yaranmaması üçün İran Təhlükəsizlik Şurası "55 saylı əməliyyat planı" hazırlayıb. Plana əsasən, "bəsici"lər ayətullah Xamneyinin birbaşa tabeliyinə verilib. Tehran və başqa iri şəhərlərdə onlar bir nömrəli döyüş vəziyyətinə gətiriliblər. Bundan başqa, ali dini liderin etibar etdiyi "Sepah"ın bölmələri də hərbi hazırlıq vəziyyətindədir. "Rza Xəlil" hesab edir ki, İran ordusunda xidmət edən zabitlərin 70 faizi 2009-cu ilin yayında müxalifətin əzilməsini təqdir etmədiyindən "yaşıl hərəkat"a qarşı terror aktında iştirakdan boyun qaçırıblar".

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter