English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

AZƏRBAYCANLI FƏALLARIN MƏHKƏMƏ PROSESI BAŞLAYIB

AZOH: Azərbaycanlı milli-mədəni fəallar Davud Əzimzadə və Bəhmən Xaliqinin məhkəmə prosesi başlayıb.azimzade

Azərbaycanlı fəalların məhkəmə iclası iyunun 19-da (xordadın 29-da) Marağanın inqilab məhkəməsində başlayıb. Hakim Davərniya milli-mədəni fəalların ittihamını, milli təhlükəsizliyi pozmaq istəyən qrupa üzv olmaqda bildirib. Fəallar və onların vəkilləri irəli sürülən ittihamı rədd edib və öz hüquqlarını müdafiə ediblər.

Yerli vaxtla saat 12:00-da başlayan məhkəmə iclası saat 14:00-a qədər davam edib. Prosesin davamı hakim tərəfindən başqa bir zamana saxlanılıb.

Azərbaycanlı fəalları vəkil Fatima Səttari və Cəfər Əfşarniya müdafiə edirlər.

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəallar, Marağada 2013-cü il yanvarın 13-də (1391-ci il deyin 24-də) İranla Ermənistanın genişləməkdə olan əlaqələrinə qarşı keçirilən kütləvi etirazdan bir gün sonra təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıblar. Onlar Marağa və Binab şəhərlərində yerləşən öz evlərində yaxalanıblar.

AZERTIMES.COM

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter