English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

BİN LADENİN İNTERNET SİRRİ

AZOH: Bin Ladenin sirri ABŞ kəşfiyyatçılarını belə heyrətə salıb.

Terrorçunun  qurduğu bəsit, amma düşünülmüş sistemlə internet şəbəkəsi olmayan Pakistanda gizləndiyi evdə kəşfiyyat xidmətlərinin diqqətindən yayınmağı bacardığı məlum olub.

Heç bir rəqəmsal iz buraxmadan emaillər göndərərək dünyayla əlaqə quran "Əl Qaidə" liderinin istifadə etdiyi metod ABŞ kəşfiyyatçılarını təəccübləndirib.

"Associated Press" agentliyinin xəbərinə görə, Bin Laden bu üsulla uzun illər onu kiberyollarla axtaran qərb ölkələrinin diqqətini yayındırmağı və "Əl Qaidə" üzvləri ilə əlaqə qurmağı bacarıb.

Xəbərdə Ladenin sistemninin intizam və etimad üzərində qurulduğu bildirilib.  Belə ki, "Əl Qaidə" lideri internet bağlantısı olmayan bilgisayarında yazdığı mesajları bir yaddaş kartına qeyd edir və daha sonra etibarlı bir kuryerə verirmiş. Kuryer isə uzaq məsafədəki bir internet-kafeyə fedərək, Bin LAdenin mesajını emaillə göndərirmiş. Daha sonra isə Bin Ladenə gələn emailləri bir yaddaş kartına köçürərək, "Əl Qaidə" liderinin Pakistanda gizləndiyi evə aparırmış.

Bin Ladeni öldürən ABŞ xüsusi təyinatlılarının əməliyyatdan sonra 100-ə yaxın yaddaş kartını ələ keçirdikləri bildirilir. "Əl Qaidə" üzvləri email ünvanlarını tez-tez dəyişdirdikləri üçün Bin Ladenin ölümündən sonra bu ünvanların nə qədərinin hələ aktiv olduğu bilinmir.

Ancaq elektronik ünvanlar və telefon nömrələrindən ibarət uzun siyahının internet xidməti verən serverlərə yönəlik çoxsaylı araşdırmalara səbəb olacağı bildirilir.

Xəbərə görə, Bin Ladenin evində ələ keçirilən dosyelər yalnız "Əl Qaidə" üzvlərinin yaxalanmasına rol oynamayacaq, həm də terrorçuları indiyə qədərki metodlarını dəyişməyə və səhv eləyərək ifşa olunmağa vadar edəcək.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter