English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İRAN: İKİTİRƏLİK DƏRİNLƏŞİR

AZOH: İran parlamentinin deputatı, mühafizəkar fraksiyanın lideri Məhəmməd Tağı Rəhbər mayın 12-də jurnalistlərlə görüşündə İran prezidenti Mahmud Əhmədinejadı “yolunu azmış cərəyan” və şəxslərdən uzaqlaşmağa çağırıb.

“Media forum” saytının məlumatına görə, Əhmədinejad komandasını kəskin tənqid edən Məhəmməd Tağı Rəhbər deyib ki, son vaxtlar ölkədə yeni bir fitnə baş qaldırıb: “Bu gün ölkənin ən ucqar yerinə də getsəniz, hamı soruşur ki, ölkədə bu nə hərəkətdir baş alıb gedir və bu necə rəftardır? Hamı prezidentdən tələb edir ki, özünü bu cərəyandan ayırsın. Biz prezidentdən istəyirik ki, - əlbəttə əgər qulaq assa - özünü bu cərəyandan ayırıb onları özündən uzaqlaşdırsın. Çünki bu elə bir cərəyandır ki, prezidenti yerə vura bilər.

Ölkədə yeni bir fitnə baş qaldırıb. Lakin xalq, rəhbər və parlamentdəki millət vəkillərinin ayıqlığı sayəsində bu cərəyan heç bir nəticə əldə edə bilməyəcək. Bunların nə qarşıdakı parlamentdə yeri olacaq, nə də gələcək hökumətdə. Ölkə rəsmiləri bu cərəyanla müxalifdir. Xalq da onların yanındadır. Biz istəməzdik və istəmirik ki, hökumət zəifləsin. Lakin bu cərəyan hökumət və inqilaba xələl gətirir. Yaxşısı budur ki, prezident öz yolunu bunlardan ayırsın. Ümid edirik ki, o bunu edəcək.

Yolunu azmış cərəyan təhlükəli bir cərəyan olsa da, xoşbəxtliklə artıq ifşa edilib. Bunlar kimlərdir ki, prezident öz ətrafına toplayıb? O (Əhmədinejad) öz işlərinə yenidən baxmalıdır”.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter