English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

36 GÜNEY AZƏRBAYCANLI FƏAL TUTULUB VƏ POLISLƏ ONLAR ARASINDA QARŞIDURMA BAŞ VERIB/ YARALANANLAR VAR

AZOH: Bu gün səhər çağı təxminən 36 nəfərdən ibarət olan bir gurup Güney Azərbaycanlı milli fəal Urmu gölünün üstündə inşa edilən şəhid Kələntəri körpüsü yaxınlıqında İran dövlətinin təhlükəsizlik organları əməkdaşları tərəfindən tutulublar və şəhid kələntəri adlı polis qərargahına aparılıblar.

APA-nın məlumatına görə, onlar Səhənd dağlarının yamaclarına getmək niyyətində olublar. Ancaq azərbaycanlı fəallar İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə ölkənin nizam-intizam qüvvələri (polis) tərəfindən tutulublar. Onların ad və soyadları dəqiqləşdirilir.

Bu arada polislə azərbaycanlı fəallar arasında qarşıdurma olub, buna səbəb polisin Səhənd dağlarının yamaclarına getmək istəyən qrupdakı azərbaycanlılardan bir xanımı təhqir etməsi və ona qarşı sayğısızlıq göstərməsi olub.

İran polisləri toqquşmanı yatırmaq üçün rezin dəyənəklərdən istifadə ediblər. Nəticədə bir neçə azərbaycanlı fəal yaralanıb, iki nəfər huşunu itirib. Hətta azərbaycanlı xanımlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, iyunun 27-də İranda 36 azərbaycanlı fəal həbs edilib. Ad və soyadları məlum olmayan azərbaycanlı fəallar İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərini, xüsusilə Urmiya və Təbriz şəhərlərini birləşdirən Urmiya gölünün üzərindəki Kələntəri körpüsündə tutulublar.

 Real Cəfərli- APA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter