English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Həmid Arğışı təhdid edilir

AZOH: İnsan haqları qruplarının yaydığı məlumata görə, İranın təhlükəsizlik məmurları tanınmış güneyli yazar və jurnalist Həmid Arğışı İstanbulda fəaliyyət göstərən Qızılözən Kültür Dərnəyi tərəfindən çap edilən  türkcə “80 il hekayəmiz” adlı kitabı ilə bağlı sorğu-suala çəkərək təhdid ediblər.hemid

Ettelaat əməkdaşları “Qarlı Ərk” və “ … sənin hekayələrim” kimi türkcə hekayə toplularının yazarına hədə-qorxu gələrək yeni kitabın bütün nüsxələrinin təhlükəsizlik qurumuna təslim etməsini istəyib.

“Həmid Arğışın 80 İl Hekayəməmiz (Güney Azərbaycan Hekâyə Ədəbiyyatı Antolojisi) Ərəb əlifbası ilə nəşr edilmişdir. Buraya 1920-2000 illər arasında 40 Güney Azərbaycanlı yazıçısının türkcə qələmə aldığı 50 hekayənin  toplusu, Həbib Sâhir, Gəncəli Səbâhi, M. Zehtabi, N. Mənzuri, S. Behrəngi ilə yanaşı 1990-cı illərdən bəri yeni gənc yazarların da əsərlərindən 1-2 örnək daxildir”-deyə Qızılözən Dərnəyinin kitabla bağlı yaydığı xəbərdə yazılıb.

İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyinin (ADAPP) bəyanatlarına əsasən Həmid Arğış 2007-ci ilin fevralında Qərbi Azbaycan vilayətinin Xoy şəhərində Dünya Ana Dili Günün münasibəti ilə keçirilən etirazlarla bağlı bir il müddətinə həbsə məhkum edilmişdi.

AZERTIMES.COM

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter