English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda 2 gündə 25 nəfər edam edilib

AZOH: İranda növbəti gizli edam həyata keçirilib.

APA-nın HRANA-ya istinadən məlumatına görə, bir şəhərdə iki gün ərzində 25 nəfər edam edilib. Belə ki, aşağı instansiya məhkəmələrinin çıxardığı ölüm hökmü qərarı İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyulun 2-də Kərəc şəhərinin Qızılhasar həbsxanasında 21, Rəcayişəhr zindanında isə 4 nəfər dara çəkilib.

Məsələ iyulun 3-də ölüm hökmünə məhkum olunmuş Möhsün Cəhanbişin ailəsinin onun vəziyyəti barəsində məlumat almaq üçün Rəcayişəhr həbsxanasına müraciət etməsindən sonra üzə çıxıb.

Rəcayişəhr zindanının səlahiyyətləri valideynlərə övladlarının Qızılhasar həbsxanasına köçürüldüyünü bildiriblər. Onlar Qızılhasar zindanına müraciət etdiklərində zindan səlahiyyətliləri M. Cəhanbişin digər 20 məhbusla birlikdə iyulun 2-də səhər saatlarında dara çəkildiyini bildiriblər. Edam olunan məhbusların son dəfə ailələri ilə görüşməsinə icazə verilməyib. Qızılhasar həbsxanasında dara çəkilən məhbusların nədə ittiham olunduğu açıqlanmayıb.

Ancaq iyulun 3-də Rəcayişəhr həbsxanasında edam olunan 4 məhbusun qətldə günahlandırıldığı yazılıb. Onlardan üçünün kimliyi məlumdur. Bunlar Məhəmməd Cəfəri, Əli Yadigari və Kərim Taracdır. Bu edamla bağlı İran mətbuatı heç bir xəbər yaymayıb.

Qeyd edək ki, İran Çindən sonra edamların sayına görə dünyada ikinci yerdədir.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter