English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

QƏDDAFİ YARALANIBMI

AZOH: İtaliyanın xarici işlər naziri Franko Frattini Liviya prezidenti Müammər Qəddafinin böyük ehtimalla NATO hücumunda yaralandığını və paytaxt Tripolini tərk etdiyini söyləyib.

Frattini Tripolinin baş yepiskopunun Covanni Martinellinin "Qəddafi böyük ehtimalla Tripolidən kənarda və yaralıdır" dediyini bildirib. Nazir eyni zamanda İtaliyanın bu haqda dəqiq məlumatının olmadığını vurğulayıb.

Liviya hökumət sözçüsü Musa İbrahim bu iddianı təkzib edib. Liviya televiziyası da Qəddafinin yeni bir açıqlamasını yayıb. Açıqlamada "Həyatdayam və sizin əlinizin çatmayacağı bir yerdəyəm" deyən Qəddafi NATO-nun onun qərargahına hücumunu qınayıb və bu hücumun qorxaqca olduöunu bildirib. Qəddafi milyonlarla liviyalının onu dəstəklədiyini söyləyib.

İspaniya radiosu isə Beynəlxalq Cinayət Məhkəməsi hakiminin Qəddafi və onun Liviya kəşfiyyatına rəhbərlik edən oğlu haqqında həbs qərarı qəbul edilməsi üçün bazar ertəsi günü hərəkətə keçəcəyini bildirib.

Bu arada Qəddafi tərəfdarları ilə müxalifət arasında atışmaların davam etdiyi Breqa şəhərində NATO-nun hava hücumunda 27 mülki şəxs ölüb. Bir qonaq evinə düşən bomba 11-i imam olmaqla 27 nəfərin ölümünə, 100 nəfərin isə yaralanmasına səbəb olub. Zintanda isə müxaliflət NATO-nun əməliyyatlarının kifayət etmədiyini bildirərək daha güclü silahlar tələb ediblər. Liviya dövlət televiziyası müharibə gəmilərinin müxalifətin nəzarətindəki Misrata şəhərinin qərbini bombaladığını açıqlayıb. Xəbərdə hansı gəmilərdən söhbət getdiyi qeyd olunmayıb.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter