English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda farsların sayı 30 faizdən azdır - RƏSMİ ETİRAF

AZOH: İranın təhsil naziri Həmidrza Haci Babayi bildirib ki, “İranda tələbələrin 70 faizi iki dillidirlər və birinci sinifə daxil olub və bir il təhsil aldıqdan sonra, hələ onların ana dili fars dilinə çevrilmir”.

Publika.Az İran mediasına istinadən bildiri ki, Həmidrza Haci Babayi qeyri-fars uşaqlarının fars uşaqları ilə dərsi anlamaqda rəqabət edə bilmədiklərindən narahat olduğunu bildirib.

Nazir İranın konstitusiyasında yerli və ana dili ilə bağlı tanınan hüquqlara toxunmadan bəyan edib ki, “dillə bağlı təhsilin ilk illərində zərbə alan şagirdlər sona qədər uğur qazanmaqda çətinlik çəkirlər”.

Xatırladaq ki, ötən ilin yanvarında İranın sabiq xarici işlər naziri Əli Əkbər Salehi    Tehranın mübahisəli nüvə proqramını müzakirə etmək üçün getdiyi Türkiyədə jurnalistlərə bəyan etmişdi ki, İranda əhalinin 28 milyonu azərbaycanlı və türkdür. Bu, İranda ilk rəsmi açıqlanan rəqəmdir idi.  İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü, Kanadada yaşayan Yaşar Hakkakpur BBC Azərbaycancaya müsahibəsində deyib ki, azərbaycanlılar bu bəyanatı İran rəsmilərinin etirafı kimi qarşılayıblar.

Yaşar Hakkakpur qeyd edib ki, İranda yaşayan azərbaycanlıların öz ana dilində - türki dilində məktəbləri yoxdur və İran hakimiyyəti onların mədəni haqlarını məhdudlaşdırır".

O, ana dilində təhsil haqlarını tələb edən azərbaycanlıların İranda "pantürkist" olaraq damğalandığını iddia edib.

Beləliklə,Həmidrza Haci Babayinin açıqlamsını rəsmi səviyyədə ikinci etirfa kimi qəbul etmək olar. Bu açıqlamalara əsasən İranda azərilərin sayı 40-50 fazai arası928-35 milyon), digər qeyri-farslar 25-30 faiz , farslarda təxminən bir o qədər-yəni 25-30 fazidir.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter