English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ƏHMƏDİNEJAD 3 NAZİRİ QOVDU

AZOH: İran prezidenti Mahmud Əhmədinejad şənbə günü, mayın 14-də nazirlik məmurlarının ixtisara salınması çərçivəsində üç naziri işdən azad edib. "Trend"in məlumatına görə, bu barədə İran prezidentinin rəsmi saytı məlumat verib.

"Neft naziri Seyid Məsud Mirkazımi, sosial təminat naziri Sadıq Məhsuli, sənaye və mədən naziri Əliəkbər Mehrabian İran nazirlikləri rəhbərlərinin 21-dən 17-dək ixtisara salınması planı çərçivəsində vəzifələrindən azad ediliblər", - saytda deyilir.

Nazirliklərin sayının azaldılması bu il başlayan beşinci beşillik inkişaf proqramı çərçivəsində həyata keçirilir.

Nazirlər Kabinetinin qərarına görə, Şəhərsalma Nazirliyi Nəqliyyat Nazirliyi ilə, Sənaye Nazirliyi Ticarət Nazirliyi ilə, Neft Nazirliyi Energetika Nazirliyi ilə və Sosial Müdafiə Nazirliyi İşlər Nazirliyi ilə birləşdirilib. Bunun nəticəsində dörd yeni nazirlik yaradılıb.

İran Nazirlər Kabinetinin nazirliklərin sayının 21-dən 17-dək ixtisara salınması haqqında qərarı ölkə parlamenti ilə hakimiyyət arasında fikir ayrılığına səbəb olub. İran parlamentinin spikeri Əli Laricani nazirliklərin birləşdirilməsi və nazirlərin ixtisarını "qanunsuz" adlandırıb və nazirliklərin rəhbərlərinə öz işlərini adi rejimdə davam etdirməyi məsləhət görüb.

Laricaninin sözlərinə görə, ölkə Parlamenti tərəfindən təsdiqlənmədən və səsvermə olmadan nazirliklərin birləşdirilməsi və yeni nazirliklərin yaradılması İran Konstitusiyasına ziddir.

İran prezidentinin parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini deyib ki, nazirliklərin strukturundakı dəyişikliklərlə bağlı parlamentdə yeni səsvermənin keçirilməsinə ehtiyac yoxdur.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter