English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İyulun 15 də iki təşkilat (AZOH və GADP) nümayəndələri Brüsseldə Güney Azərbaycanlı siyasi məhbuslarln durumu ilə əlaqədar görüşlər keçiriblər

AZOH:  İyulun 15 də iki təşkilat nümayəndələri (AZOH və GADP) Brükseldə Avrupa parlementosu binasnda sayin Levente Császsayın İnsan haqları üzərə komisyon katibi, Avrupa parlementosunun xarici siyasət üzərə katibi və Avrupa parlementosunun keçmiş prizdentinin siyasi muşaviri ilə görüşərək Güney Azərbaycanlı siyasi tutqlularının durumu haqda geniş bilgilər verdilər.

AZOH’un vərdiyi bilgilərə görə  Yeni GAMOH mərkəzi komitesinin 5 üzvünün zindanda aclıq aksiyalarına başladıqdan sora (Təşkilatın Sədri Lətif Həsəni və digər 4 üzvü Mahmud Fəzli, Yürüş Mehrəli bəyli, Behbud Qulizadə və Şəhram Radmehr) Avrupa parlementosu İnsan haqları komisyonu ilə görüşmələr başlamışdır. Bu görüşmə tələbi G.Azərbaycanlı heyət tərəfindən tələb edildikdən sora İyulun 15 də görüş günü komisyon tərəfindən elan edildikdən sora sayın Levente Császi G.Azərbaycanlı heyətini qarşılamışdır.

Bu 1:30 dəqiqəlik görüşdə müzakirə edilən ən önəmli məslərdən bir neçəsi, G.Azərbaycanda dustaqların ağır durumlar və eləcədə komisyonunun  bu duruma çox diqqət göstərməsi və adımlar atması gərəkdiyi heyət tərəfindən dilə gətirlmişdir.

Sayın Levente Császibu qonular haqda heyətən təqdim etdiyi raporlar və sənədləri qısa zamanda komisyonun digər üzvələrinədə incələnməsi üçün göndərəcəyini bəyan etmişdir.

Bu görüşmədə komisyonun iran üzərə üzvlərinində iştirak etmələri pılanlanmış olsada , bu iki üzvün ağır çalışma programlarından dolayı toplantıya qatılabilməslərdə, sayın Levente Császitərəfindən heyətə cavablandırılmaları üçün bəzi suallarda göndermişdilər ki heyət tərəfindən cavablandırılmışdı.

Eyni zamanda bu görüşdə G.Azərbaycanlı heyətin iranda son durumlar, seçkilərin sonuclar, iranın Nüvə(Atom) programı fəaliyətlərin son durumu və milli hərəkətin bu məsələ haqda tutumu, Urmu gölünün durumu və qurudulma nədənləri və gənəl olaraq milli hərəkətin istəkləri və hədəfləri haqda komisyonla müzakirələr aparılmışdı.Heyət bu məsələr haqdada hazırladıqları raporlar və sənədləri təqdim etdikdən sora sayın Levente Császiheyətin komisyonla görüşlərinin davam edilməsi və genişləməsinidə tələb etmiş.

Qeyd edək ki bu görüşmədə Mahmud bəy Bilgin(Güney Azərbaycan Demokrat partiyası sözçüsü), Əmir bəy Mərdani(Azərbaycan Öyrənci Hərəkatı-AZOH sözçüsü) və Ayda xanım Kərimli (Güney Azərbaycan qadın haqları fəalları) iştirak etmişlər.

GADP Mətbuat sorumlusu: Hadi MUSƏVİ

19.07.2013

http://www.bao.az/index.php?mid=2363

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter