English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Cənubi Azərbaycanda zindanların şəraiti tənqid edilir

AZOH: İranın rəsmi xəbər agentliklərinin məlumatına görə, İranın Qərbi Azərbaycan vilayətinin Ədliyyə idarəsinin rəhbəri vilayətdəki zindanların şəraitini tənqid edib.

zindan-iran

Sağlamlıq imkanları, gigiyena və xidmət baxımından zindanların vəziyyətinin bərbad olduğunu vurğulayan Təvəkkül Heydəri zindanların məhbusların mövcud sayı üçün yetərli olmadığını bildirib.

“Son illər vilayətdəki zindanların sahəsi genişlənməyib və həbsxanaların məhdud sahəsi sıxışıqlıq və bir çox başqa problem ortaya çıxarıb”-deyə ədliyyə rəhbəri söyləyib.

İSNA xəbər agentliyinin yazdığına görə, cənab Heydəri digər ölkələrlə müqayisədə İranda əhaliyə görə məhbus sayının daha artıq olduğunu qeyd edib.

“Bu rəqəm xüsusilə Qərbi Azərbaycanda daha yüksəkdir”-deyə o əlavə edib.

Təvəkkül Heydərin dediyinə görə, hazırda Qərbi Azərbaycan vilayətinin zindanlarında 2.76 faizi qadın olmaqla, 8 min 754 məhbus saxlanmaqdadır

AZERTIMES.COM

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter