English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

QƏDDAFİ HAQQINDA BEYNƏLXALQ HƏBS QƏRARI VERİLƏ BİLƏR

AZOH: Beynəlxalq Cinayət Məhkəməsi ittihamçısı Luis Moreno Okampo məhkəmə hakimlərindən Liviya prezidenti Müammər Qəddafi haqqında həbs qərarı çıxarmalarını istəyib.

Okampo keçirdiyi mətbuat konfransında Qəddafi ilə yanaşı oğlu Seyfülislam və fevral ayındakı nümayişləri güc yolu ilə yatıran kəşfiyyat qurumunun rəhbəri Abdullah Əl Senussi haqında da insalığa qarşı cinayət törətdiyi üçün həbs qərarı verilməsini tələb edib.

Müammər, Seyfülislam Qəddafi və Əl Senussini nümayişçilərə qarşı hücumları təşkil etmə, əmrini vermə və iştirakda ittiham edən Okampo Qəddafi qüvvələrinin mülki şəxlərə evlərində hücum etdiklərini, nümayişçiləri vurduqlarını, cənazə törənlərində top atəşi açdıqlarını və məscidlərdən çıxan insanları öldürmək üçün snayperlər yerləşdirdiklərini qeyd edib.

Beynəlxalq Cinayət Məhkəməsi hakimlərinin bu ittihamların doğru olub olmadığını müəyyənləşdirməsi və beynəlxalq həbs qərarı qəbul etməsi üçün üçün sübutları dəyərləndirməsi lazımdır.

Qərarı ciddiyə almayacaqlarını bildirən Liviya hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin ciddi qurum olmadığını, bu qurumun avtoritetini qəbul etməyən ölkələr arasında ABŞ-ın da olduğunu xatırladıb.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter