English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda deputatlar Urmiya gölüylə bağlı prezidentə məktub yazıb

AZOH: Almaniyanın “Deutche Welle” teleradiosunun fars redaksiyasının verdiyi məlumata görə, deputatlar İran parlamentinin 90-cı komissiyasına da eyni məzmunlu müraciət ediblər.iran-meclis

Məktubda Urmiya gölü ətrafında duz tufanları başladığı qeyd olunub və ölkə rəsmilərindən Urmiya gölünü ekoloji fəlakətdən xilas etmək üçün təcili addımlar atmaq tələb olunub. Məktubu Təbriz, Ərdəbil, Urmiya, Tehran, Abadan və Qum şəhərlərini İran parlamentində təmsil edən deputatlar imzalayıblar.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunub. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırıb. Lakin hələ bu sahədə heç bir əməli addım atılmayıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter