English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İsa Qənbər, İqbal Ağazadə və Arif Hacıyev, Mahmud Bilginlə görüşüb

AZOH: Bu gün Ümid partiyasının qərargahında partiyanın sədri, millət vəkili, prezidentliyə namizəd İqbal Ağazadə Güney Azərbaycan Demokrat partiyasının sədri Mahmud Bilginlə görüşüb.

“Qafqazinfo”-nun məlumata görə, görüşdə İrandakı prezident seçkilərindən sonrakı siyasi durum, Güney Azərbaycan milli fəallarının həbs olunmaları əsas müzakirə mövzusu olub. M. Bilgin son günlərdə həbs dalğasının daha da genişləndirilməsi, xüsusilə “ Yeni GAMOH” təşkilatı üzvlərinin ağır cəzaya məhkum edilmələri və onların buna etiraz edərək aclıq aksiyası keçirmələri ,habelə Avropadakı insan haqları təşkilatları ilə bu xüsusda aparılan görüşlər barədə ətraflı məlumat verib.

 Ümid partiyasının sədri İ. Ağazadə Güneydəki soydaşlarımızın siyasi seçiminə hər zaman sayğı göstərdiklərini bəyan edərək , milli haqlarının qazanılması yolunda daima onların yanında olduqlarını bildirib. Millət vəkili Güney Azərbaycanla bağlı olan ictimai-siyasi təşkilatların bu yöndə daha koordinasiyalı  fəaliyyət göstərmələrinin vacib olduğunu diqqətə çatdırıb.

“Biz Güney məsələsinə həmişə önəm verir və diqqətdə saxlayırıq. Hər şey soydaşlarımızın seçimindən asılıdır. Onlar seçimini və haqlı tələblərini hər zaman dəstəkləyəcəyik.  Istəyirik ki, bütün Avropada və Amerikada mühacir bürolar açılsın. Didərgin düşmüş Güneyli soydaşlarımızın hamısı həmin mühacir bürolarında qeydiyyata alınsınlar ”- deyə millət vəkili bildirib.

Görüşdə Ümid Partiyasının Xaricdə yaşayan həmvətənlər və Diaspora ilə iş üzrə sədr müavini Rüfət Muradlı da partiyanın soydaşlarımızla bağlı son fəaliyyətlərini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Bu gün Musavat partiyasının sədri İsa Qənbər və Musavat partiyasının müavini Arif Hacıyev Güney Azərbaycan Demokrat partiyasının sədri Mahmud Bilginlə görüşüb.

görüşdə İrandakı prezident seçkilərindən sonrakı siyasi durum, Güney Azərbaycan milli fəallarının həbs olunmaları və Yeni GAMOH,un başkanı Lətif Həsənli və qurumun mərkəzi komitəsinin uzvləri Şəhram Radmehr, Yürüş Mehrəlibəyli, Behbud Qulizadə və Mahmud Fəzli əsas müzakirə mövzusu olub. M. Bilgin son günlərdə həbs dalğasının daha da genişləndirilməsi, xüsusilə “ Yeni GAMOH” təşkilatı üzvlərinin ağır cəzaya məhkum edilmələri və onların buna etiraz edərək bu gün 21,ci gün olaraq aclıq aksiyası keçirmələri ,habelə Avropadakı insan haqları təşkilatları ilə bu xüsusda aparılan görüşlər barədə ətraflı məlumat verib.

GADP.SE

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter