English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Xristianlığı qəbul edən üç təbrizli həbs edilib

AZOH: Xristian haquqlarının müdafiəçiləri ötən bir neçə  həftə ərzində İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınan xristianlığı qəbul edən üç təbrizli haqqında məlumat yayıb.tebrizli

Amerikada fəaliyyət göstərən Beynəlxalq Xristian Qayğısı (ICC) adlı qurum avqustun 11-də Yaşar Fərzin Nov, Məhəmməd Rza Piri və Fərşid Mudərris Əvvəl haqqında yaydığı bəyanatda məhbusların Ettelaatda saxlandığını və ailələrinin onların vəziyyətindən xəbərsiz olduqlarını qeyd edib.

“İranın təhlükəsizlik məmurları iyulun 20-də üç azərbaycanlı xristianın evinə hücum edərək, onları nəzarət altına alıb və xüsusi əşyalarını müsadirə edib”- deyə ICC bölgənin xristian qruplarına istinadən bildirib.

Məlumata əsasən, məhkəmə və təhlükəsizlik qurumları ailələrə xəbəri yaymadıqları təqdirdə məhbusları erkən buraxacaqlarına dair söz vermişdilər, ancaq məsullar verdiyi vədlərə əməl etməyincə ailələr xəbəri mediaya ötürüb.

AZERTIMES.COM

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter