English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda tanınmış azərbaycanlı fəal qandallanaraq xəstəxanaya aparılıb

Yalov.Az-ın məlumatına görə, ayaq sümüyünə platin yerləşdirilmiş Abdullah (Güntay) Səduqinin ortopedlər tərəfindən müayinə edilməsinə ehtiyac yaranıb. Qeyd edək ki, bir ay əvvəl ayağı şişən azərbaycanlı fəalın müayinəsinə həbsxana rəhbərliyi icazə verməyib.

Azərbaycanlı fəalın əli-ayağı qandallı şəkildə xəstəxanaya aparılması onun ailə üzvlərini olduqca kədərləndirib.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları A.Səduqini bu il mayın 13-də evindən aparıb. Azərbaycanlı fəal 2011-ci il avqustun 24-də Təbrizdə iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı çıxış yollarını müzakirə edərkən 29 azərbaycanlı fəalla birlikdə həbs olunub. A.Səduqi sonra müvəqqəti olaraq zəmanətlə azadlığa buraxılsa da, məhkəmə tərəfindən bir il azadlıqdan məhrum edilib. O həmçinin bir il şərti həbs cəza alıb.

Yalov.Az

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter