English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əmir Mərdani: Mediamız güclü deyil [Audio

Əlirza Quluncu

24.08.2013

Güneyli fəal, sabiq siyasi məhbus və Güney Azərbaycan Öyrənci Hərəkatı (AZOH) veb səhifəsinin redaktoru Əmir Mərdani Amerikanın Səsinə müsahibədə İran Azərbaycanı ilə bağlı xəbər yaymağın çətinlikləri, xəbər sahəsində fəaliyyət göstərən milli fəalların üzləşdiyi basqılar və hazırda Azərbaycan veb səhifələrinin xəbər yayımı sarıdan çatışmazlıqları haqda danışıb.

Əmir Mərdaninin sözlərinə görə, Güney Azərbaycanda baş verən hadisələrlə bağlı xəbər yayan bir çox milli fəal fəaliyyətləri üzündən təqib, həbs və digər təzyiqlərə məruz qalırlar. O, bu xüsusda özü və AZOH adına fəaliyyət göstərən digər dostlarının başına gələnlərə işarə edib.

Cənab Mərdani deyir ki, İran kimi totalitar cəmiyyətlərdə media sahəsində çalışan mədəni fəallar ciddi basqılarla üzləşir. “2006-cı ilin may ayında baş verən kütləvi etirazlarda Sulduz, Urmiyə, Təbriz və Xiyav şəhərlərində bir çox milli fəallımız şəhid oldu. Ancaq bizim güclü mediamız olmadığı üçün o xəbərləri düzgün şəkildə yaya bilmədik. İranlı qrupların mediası bizim xəbərləri yaymaq yerinə boykot etməyə çalışdı və bunu qismən bacardı.”

2006-cı ilin may ayında baş verən kütləvi etirazlarda Sulduz, Urmiyə, Təbriz və Xiyav şəhərlərində bir çox milli fəallımız şəhid oldu. Ancaq bizim güclü mediamız olmadığı üçün o xəbərləri düzgün şəkildə yaya bilmədik.

Hazırda İsveçdə yaşayan fəal həmçinin Azərbaycan veb səhifələri ilə bağlı bəzi çatışmazlıqlar haqqında fikir bəyan edib: “Güney Azərbaycanda media və xəbər yayma fəaliyyəti  həm hərəkatın ömrü həm də bu sahədə fəaliyyət göstərənlərin yaş və təcrübəsi baxımından çox gəncdir.”

Cənab Mərdaninin fikrincə, İranda Azərbaycan türkləri, xüsusilər onların siyasi məhbusları ilə bağlı xəbərləri yaymaqda dəqiqlik və doğruluq sürət məsələsindən daha önəmlidir.

http://www.amerikaninsesi.org/content/article/1735556.html

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter