English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

BƏXTİYAR HACIYEVƏ 2 İL HƏBS VERİLDİ

AZOH: Dünən Gəncənin Nizami Rayon Məhkəməsinin hakimi gənc fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev barədə 2 il azadlıqdan məhrumetmə qərarı çıxarıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. “Azadlıq” radiosunun məlumatına görə, hakim B.Hacıyevə və vəkilinə məhkəmədə son sözlə çıxış etmək təklif etsə də onlar bundan imtina edib. Hökm çıxarılmazdan əvvəl danışan B.Hacıyev ötən proseslərə gəlməkdən imtina etməsini məhkəməyə və hakimin ədalətli qərar verəcəyinə inanmadığı ilə əsaslandırıb. B.Hacıyevin vəkili Əlayif Həsənov isə məhkəmənin qərarının onlar üçün təəccüblü olmadığını deyib.

Qeyd edək ki, B.Hacıyev qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə ittiham olunur. Amma özü və vəkilləri əslində onun internetdə müxalifət mövqeli fəaliyyətinə görə təqiblərə məruz qaldığını bildirirlər. Mayın 10-da keçirilən məhkəmədə dövlət ittihamçısı B.Hacıyevə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Bu qərar Avropa Parlamentinin sədri Jerzu Buzekin Bakıya səfəri ərəfəsində qəbul edilir. O, mayın 20-də Azərbaycana gələcək. Avropa Parlamenti mayın 12-də insan haqlarının vəziyyətinə görə Azərbaycanı tənqid edən qətnamə qəbul edib. Həmin sənəddə də B.Hacıyevin üzləşdiyi ittihamlardan bəhs edilir. Azərbaycan rəsmiləri isə sənəddə qeyd edilən halları inkar edir, onu qərəzli adlandırırlar.

ABŞ-ın Azərbaycandakı səfirliyinin dünən yaydığı məlumatda deyilir: “Bəxtiyar Hacıyevin Azərbaycanda hakimiyyətə qarşı etiraz aksiyalarını təşkil etmə cəhdlərindən dərhal sonra həbs olunması hökumət rəsmiləri tərəfindən fərqli düşünən şəxsin məhkəmə sistemi vasitəsilə cəzalandırılması barədə sual yaradır”.

Səfirlik onun işini yaxından izlədiyini qeyd edərək məhkəmə orqanlarını, B.Hacıyevin apelyasiyasına Azərbaycanın qanunları və beynəlxalq öhdəliklərinə əsaslanaraq baxılmasına çağırır.

Müsavat başqanı İsa Qəmbər də B.Hacıyevin həbsini pisləyib, Azərbaycan hökumətini həbsdəki gəncləri azadlığa buraxmağa çağırıb: “Bu, hakimiyyətin cəmiyyətin fəallaşması qarşısındakı qorxusunun təzahürüdür, gənclərin fəallaşması qarşısında qorxunun təzahürdür. Savadlı, yaxşı təhsil almış, müstəqil mövqeyə malik gənclərin fəallaşması qarşısında hakimiyyətin qorxusunun təzahürüdür. Ancaq qorxunun heç bir şeyə faydası yoxdur. Gənclik yetişir, öz sözünü deyir və deyəcək. Müsavat Partiyasının təmsilçisi olaraq qərara qətiyyətlə etiraz edirəm. Hesab edirəm ki, hakimiyyət bu oyunlara və qanunsuzluqlara son qoyub ciddi, köklü islahatlara başlamalıdır. Bu islahatlara başlamağın siqnalı da məhz gənclərin, siyasi məhbusların, vicdan məhbuslarının, həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə başlaya bilər”.

Ana Vətən Partiyasından deputat Zahid Oruc isə hesab edir ki, məsələyə hüquqi aspektdən yanaşılmalıdır, bu sahədə siyasətçilərin deyəcəyi söz yoxdur: “Məncə, bu həbsi şərh etmək siyasi deyil, daha çox hüquqi müstəvidə həyata keçirilməlidir. Bunun üzərinə siyasilər daha çox getdikcə məsələ ətrafında dartışılan predmet də sanki genişlənmiş olur. Mən çox arzu edərdim ki, məsələyə hüquqi aspektdən yanaşılsın, qiymət verilsin. Ümumi məsələ mənə bəlli olsa da təfərrüatlarla bağlı geniş bilgim yoxdur. O mənada mötəbər fikir söyləmək çətindir. Hər bir halda hesab edirəm ki, Bəxtiyar Hacıyev və vəkili müvafiq olaraq addımlar atacaq və sonuc müsbət məcrada tamamlanmış olacaq”.

B.Hacıyevin atası İlyas Hacıyev “Yeni Müsavat”a açıqlamasında bu qərarın siyasi sifarişlə verildiyini dedi: “Daxili İşlər Nazirliyində Bəxtiyarın döyülməsi ilə bağlı araşdırma aparılırdı. Məhkəmədə isə dedilər ki, döyülməyib. Halbuki əlimizdə olan fakt və sübutları da təqdim etmişdik. Onun döyülməsini ört-basdır elədilər. Ümumiyyətlə, iş çox ədalətsiz aparıldı, yuxarıların tapşırığı ilə həbs olundu. Mən valideyn kimi qəti etirazımı bildirirəm. Bu, siyasi sifariş idi”.

B.Hacıyevin həbsi digər beynəlxalq təşkilatlar tərəfindən də pis qarşılanır, gənc fəalın dərhal azadlığa buraxılması tələb edilir.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter