English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

KÜTAHYADA 5,9 BALLIQ ZƏLZƏLƏ

AZOH: Kütahya vilayətinin Simav qəsəbəsində 5,9 bal gücündə zəlzələ olub.

Zəlzələdə üçü Kütahyada, biri isə İnegöldə olmaqla 2 nəfər dünyasını dəyişib, 80-ə yaxın insan isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Gecə saat 23:15-də baş verən zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub. İlk təkandan sonra 4,6 və 4,5 bal gücündə daha iki təkan qeydə alınıb. Daha sonra isə 50-yə yaxın kiçik şiddətli təkan hiss edilib.

Zəlzələ Ankara, İstanbul, Əskişəhər, Antalya, Aydın, İzmir, Sakarya, Yalova, Konya, Ədirnə, Bandırma, Uşaq, Balıkəsir, Afyonkarahisar, Bursa və Çanaqqalada da hiss edilib.

Simavda elektrik enerjisinin kəsildiyi, bəzi binaların çökdüyü, vətəndaşların məktəblərin bağçalarında gözlədiyi bildirilir.

Rəsmilər vətəndaşlara zərər çəkmiş evlərə girməmək haqda xəbərdarlıq ediblər.

Qızılay bölgədə yardım fəaliyyətlərini başladıb.

Fəlakət və Fövqəladə Vəziyyətlər Mərkəzi də qruplarını Simava göndərib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter