English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Brüsseldə Avropa Parlamentinin İran üzrə xüsusi komissiyasının sədr müavini Kornelia Ernest Güney Azərbaycanı təmsil edən siyasi təşkilatların nümayəndələri ilə görüşüb

AP-nin mənzil qərargahında keçirilən görüşdə Güney Azərbaycanın problemləri ilə bağlı məsələ müzakirə edilib.

Kornelia Ernest Güney Azərbaycan mövzüsünun komissiyanın ciddi nəzarətində olacağını vurğulayıb.

O, bəluç və kürd nümayəndələri ilə görüşlərinə işarə edərək Güney Azərbaycan sahəsində müvafiq fəaliyyətin olmadığını tənqid edib.

Xanım Ernest İranda türklərin çoxluq təşkil etdiyini bildirərək Güney

Azərbaycan nümayəndələrinin Avropa Parlamentinin üzvləri ilə ötən ay keçirilən görüşlərini xatırladıb.

Bəyan edib ki, bundan sonra muzakirələr daha geniş şəkildə dəvam etdiriləcək.

Xanım Ernestə Güneydə insan haqlarını vəziyyəti, siyasi məhbuslar, milli fəallara təqzyiqlərlə bağlı hzırlanan hesabatlar təqdim edilib. İranda insan hüquqlarının pozulmasının bütün ölkələr üçün maraq doğurduğunu vurğuluyan xanım Ernest İranın muhakimə olunmasının vacibliyinə toxunub.

Görüşdə Urmu gölünün quruması məsələsinə də diqqət çəkilib.

Xatırladaq ki, görüşdə Güney Azərbaycan Demokrat Partiyasının sözcüsü Mahmud Bilgin, Azərbaycan Öyrənci Hərəkatının sözçüsü (AZOH) Əmir Mərdani və milli fəal Ayda Kərimli iştirak edib.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter