English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

DAK 22 may hadisələrini yad etdi

AZOH: Dünya Azərbaycanlıları Konqresi Azerbaycan numayəndəliyi 19 may 2011 ci ildə”Guney Azərbaycanın milli mucadailə hərəkatinda, 22 may xordat hərəkatinin yeri ve rolu” adi altinda elmi-praktik konfrans keçirdi.DAK Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli 22 may xordat hərəkatı haqqinda geniş məlumat verərək bildirdi ki, 22 May Xordat Hərəkatı Milli Qiyam gunu kimi artıq 5 ildir ki Güney Azərbaycanda Milli fəallarımız tərəfindən qeyd edilməkdədir. Bu ildə Güney Azərbaycanın bir çox bölgələrində 22 Mayın Milli Qiyam günü kimi qeyd edilməsi nəzərdə tutulmuşdur. S.Rəhimli qeyd etdi ki,artiq bir neçə gündür Güney Azərbaycanın muxtəlif bölgələrində 22 Mayın Milli Qiyam günü kimi qeyd edilməsi üçün hazırlıq işləri aparılır.Xüsusilə Təbrizin Azad universitetinin tələbələri vərəqələr paylayaraq 22 may Milli Qiyam gününün qeyd edilməsi qanunsuz həps edilənlərin azadliğa buraxılmasi tələb edilir. Həmçinin vərəqələrdə 2 Apreldə Urmu Gölünün qurumasına etiraz əlamıti olaraq dinc aksiyada həps edilən yüzlərlə Azərbaycan türkünün qanunsuz həpsxanalarda saxlanması və onların qeyd-şətsiz azad edilməsi tələb edilir. Tədbir Güney Azərbaycanda 2006-cı ilin may hadisəsələrini özündə əks etdirən videoçarxın nümayiş etdirilməsiylə öz işinə başladı.

Sonra DAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün anadan olması və 2011 ci il ” Eurovision” təmsilçilərimiz Eldar Qasımov və Nigar Camalı mötəşəm mahnı müsabiqəsində birinci yeri tutması münasibətilə Dünya Azərbaycanlılarını və Bütün Türk dünyasını təbrik etdi.Əlavə olaraq qeyd etdi ki, bu sevindirci hadisəyə ən çox sevinən Güney Azərbaycan Türkləri oldu .Azərbaycanın üç rəngli bayrağını götürərək bayram etmək üçün Təbrizin küçələrinə çıxan Azərbaycanlılar polis qüvvələrinin vəhşiliyinə baxmayaraq Azərbaycanın möhtəşəm qələbəsinə qeyd etdi. S.Rəhimli bildirdi ki, 22 May Milli Qiyamı və Azərbaycan türklərinin davamlı kütləvi aksiyalar keçirmələrinə əsas səbəb illər boyu İran adlanan rejimin millətimizə qarşı edilən təzyiq və təhqirlər olub: ““İran” qəzetində türklərin hamam böcəyinə bənzədilməsi isə bu təhqirlərin kulminasiya nöqtəsi oldu. Belə ki, “2006-ci ildə “İran” adlı dövlət qəzetində karikatura çəkilərək Azərbaycan türkləri farsların tullantılarlndan bəslənmış hamam böcəyinə bənzəyən millət kimi təqdim olundu. Nəticədə mayın 22-də Güney Azərbaycanın müxtəlif şəhərlərində millətimiz ayağa qalxdı.3 milyondan cox Azərbaycan Türkü Guney azərbaycanda ayağa qalxaraq fars rejiminin üzərinə getdi. Bundan sonra aksiyada iştirak edənlərə qarşı təqiblər başladı, müxtəlif adlarla həpsxanalara atildı, təhdid edildi və onlara qarşı öz dədə-baba yurdlarından çıxmaları üçün hər cür təzyiq göstərildi. Ümumiyyətlə 22 may Qiyamında aksiyalarda iştirak edən 10 nəfərdən çox Azərbaycan Türkü hakimiyyətin güc və Təhlükəsizlik Qüvvələri tərəfindən açılan atəş nəticəsində həlak oldu, yüzlərlə insan yaralandı, minlərlə azərbaycanlı həbs olundu. Onların bir çoxu hazırda həbsdədir, bəziləri barələrində açılmış "cinayət işi" ilə bağlı hələ də inqilab məhkəmələrində süründürmələr aparılır. Eləcə də onlarla insanın taleyindən xəbər yoxdur. Hadisələrdən 5 il keçməsinə baxmayaraq bu hadisə Güney Azərbaycan Türkləri tərəfindən hər il qeyd olunur”.

Səftər Rəhimli Güney Azərbaycanın dəyərli milli şəxsiyyətləri Yürüş Mehrəlibəyli və Lətif Həsənlinin 22 may 2011- ci ildə məhkəmələrinin keçiriləcəyini vurğuladı və əlavə edərək bildirdi ki,Yürüş Mehrəlibəylinin xanımı Sona Fərəczadə də dəfələrlə fars rejiminin təqiblərinə məruz qalmışdır.

Bundan başqa, DAK həmsədri S. Rüstəmxanlı, DAK DŞ sədri Ə.Tağızadə, akademik Ə. Səfərli, Türkoloq-alim A. Mədətoğlu, DAK həmsədrlərinin humanitar və mədəniyyət məsələləri üzrə müavini Xəzər Emin, 22 may hadisələrinin canlı şahidi olmuş Hakim Sadıq, BAGT sədri Ruslan İzzətli, Aytən Rəhimli, Elvira Əsgərova, Nahid Aslan və başqaları çıxış etdilər.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter